Professor Aleksandr Umnyaşkinin külliyyatını MEK - ə hədiyyə etdi

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığıyla tibb üzrə elmlər doktoru, filoloq, şərqşünas, professor Aleksandr Umnyaşkinin Mərkəzi Elmi Kitabxanaya hədiyyə etdiyi kitab kolleksiyasının təqdimatı keçirilib. MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşı Əsmər Salalı Aleksandr Umnyaşkinin MEK-ə təqdim etdiyi kitab kolleksiyası haqqında slayd vasitəsilə ətraflı məlumat verib. Olaylar bildirir ki, 2017-ci il aprelindən etibarən MEK-ə daxil olan kitab kolleksiyası 343 adda kitab və jurnaldan ibarətdir. Kolleksiyada olan kitablardan 21-i Azərbaycan dilində, 26-sı ingilis, qalanları rus və digər dillərdədir.

Professor Umnyaşkinin elmi və ictimai fəaliyyətini yüksək qiymətləndirən AMEA Dilçilik İnstitutunun elmi işçiləri - Aytən Ələkbərova, Leyla Yusifova, AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Samirə Mirbağır-zadə, Bakı Dövlət Universitetinin müəllimi İradə Əlili kolleksiyadakı kitablar arasında dilçiliyə aid ədəbiyyatın xüsusi çəkisindən bəhs edərək, bu nəcib və xeyirhax işin gələcəyimiz üçün mühüm əhəmiyyətindən danışıblar.
Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova 40 ilə yaxın elmi yaradıcılığı olan və iki sahə üzrə alimlik dərəcəsi əldə etmiş tanınmış bir alimin öz külliyyatını məhz MEK-ə etibar etdiyini təqdirəlayiq hadisə hesab edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31