Sosial
Güclü külək Göyçayda fəsadlar törədib
Ötən gecə Göyçay rayonuna güclü küləklə müşayiət olunan leysan yağıb. Məlumata görə, külək yerli təsərrüfatlara, eləcə də meyvə bağlarına ziyan vurub. Küləyin təsiri nəticəsində iri gövdəli bir neçə ağac aşıb, elektrik naqilləri qırılıb. Göyçay şəhərində ağacın aşması nəticəsində yol bağlanıb.
Yeniyetmələrə tətbiq olunacaq yeni cəza növünün aşağı və yuxarı həddi məlum olub
Azərbaycanda cinayətə görə yeni tətbiq ediləcək azadlığın məhdudlaşdırılması cəza növünün yetkinlik yaşına çatmayanlara təyin ediləcəyi ən aşağı və ən yuxarı həddi məlum olub. Məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin 85-ci (Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri) maddəsinə yeni bəndin əlavə edilməsi təklif edili
ETSN: Bəzi avtomobil yollarında sürüşmələr aktivləşib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən aparılan müşahidələr nəticəsində Bakı şəhəri və Abşeron yarımadasının mövcud sürüşmə yerlərinin bir çoxunda stabillik qeydə alınıb. ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində, Zığ-1, Maştağa-Zabrat, Daş Karxanası, Qala qəsəbəsi ərazilərində sürüşmə, uçqun və subasma proseslərinin dinamikasında nisbi aktivlik müşahidə olunub.
XOŞ XƏBƏR! Güzəştli mənzillərin satışı ilin sonunadək başlaya bilər
Bakıda güzəştli mənzilin alınması üçün 6,5 minə yaxın adam qeydiyyatdan keçib. Bunu Prezident yanında Mənzil Tikintisi üzrə Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev deyib. Onun sözlərinə görə, mənzillərin satışı "Güzəştli mənzil" elektron sistemi vasitəsilə həyata keçirilir: "Güzəştli mənzil almaq hüququna malik vətəndaşlar bu sistem vasitəsilə qeydiyyatdan keçir. Bugünədək, səhv etmirəmsə, 6,5 minə yaxın adam qeydiyyata alınıb".
Məmurların cəzası yüngülləşdirilir
Vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslərə verilən cəzalar yüngülləşdirilir. Məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 308-ci maddəsinin 308.2-ci bəndinə dəyişiklik təklif edilir. 308.1. Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunan ailələrin sayı 1132 nəfərə çatıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində Bakı şəhəri üzrə də 230 ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün aktivlər (mal və materiallar) alınıb verilib. Onlar əsasən xidmət və istehsal yönümlü fərdi təsərrüfatlarını formalaşdırıblar.
ƏƏSMN bu il e-xidmətlərindən ən çox istifadə olunan qurumdur
Cari ilin yanvar-sentyabr aylarında “Elektron hökumət” portalındakı (www.e-gov.az) elektron xidmətlərə ümumilikdə 17 milyon 555 min 749 müraciət qeydə alınıb ki, həmin müraciətlərin 40 faizə yaxını əmək və sosial müdafiə sahəsi üzrə xidmətlərə yönəlib. Hesabat dövründə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi portalda elektron xidmətləri təqdim olunan qurumlar sırasında elektron xidmətlərindən istifadə sayına görə birinciliyini qoruyub saxlayır. 2017-ci ilin 9 ayında da portalda e-xidmətlərinə ən çox müraciət edilən qurum 7 006 756 müraciət sayı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub.
19 dövlət əmlakı özəlləşdirilib
Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac 17 oktyabrda keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 6-ı kiçik dövlət müəssisəsi, 7-i istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü yarımtikili, 3-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 6 istifadəsiz qeyri yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 6 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri yaşayış sahəsi, 3 yarımtikili özəlləşdirilib. Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Səbail rayonunda yerləşən ümumi faydalı sahəsi 31,4 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 10 min manat olmasına baxmayaraq ən son 17 min manata özəlləşdirilib.
Vergilər naziri Ağcabədidə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, 20 oktyabr 2017-ci il tarixində vergilər naziri Fazil Məmmədov Ağcabədi rayon vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyov prospekti) Ağcabədi, İmişli, Bərdə, Tərtər, Xocalı və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qadının meyiti mənzilində tapıldı
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.”Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar. Orada aşkarlanan 1934-cü il təvəllüdlü Nəsirova Həsrət İsgəndər qızının cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.
Bələdiyyə İnkişaf Mərkəzi yaradılıb
Azərbaycan Milli QHT Forumunun tərkibində Bələdiyyə İnkişaf Mərkəzi yaradılıb. Forumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilovanın mərkəzə rəhbərlik edilməsi haqqında qərar qəbul edilib.
İnternetdə təhlükəsizliyi necə təmin etmək olar?
Günümüzdə informasiya kommunikasiya texnologiyaları inkişaf etdikcə, onun müsbət nəticələri ilə yanaşı, mənfi fəsadları da ortaya çıxır. Müntəzəm olaraq bizə təklif olunan yeniliklər, yeni-yeni proqramlar bəzən elə özümüzün ziyanına işləyir və bizlər bilmədən həmin proqramdan istifadə etməklə şəxsi məlumatlarımızın, məxfi bilgilərimizin yayılmasına yol açırıq.
Şahmat yarışı keçirilib
Məktəblilər arasında şahmat üzrə yarış keçirilib. “OLAYLAR”-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, turnirdə Binəqədi rayonu üzrə 32 ümumi təhsil müəssisəsindən 156 şagird iştirak edib.
BNA gücləndirilmiş iş rejimində çalışacaq
Oktybarın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”-“Atletiko Madrid” Oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə məlumat “OLAYLAR”-a BNA-nın ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub.
Elçin Hüseynbəyli yazır... Erməni həyasızlığı…
Bu günlərdə hamımızın sevdiyi “Mimino” filminə baxırdım. Daha dəqiq desək, ailəlikcə baxırdıq. Filmdə bir epizod var. Xatırlayarsınız, yəqin: Firuzik Mkrtçyan (hə, bax o yekəburun erməni) Miminoya (Vaxtanq Kikabidzeyə) deyir: “Bura mənim yerimdir. Çünki mən burda yaşayıram...”














