Sosial

Azərbaycanda QEYRİ-ADİ BOŞANMA: Ərindən maşın nömrəsinə görə ayrıldı

18 Oktyabr 2017 09:47

Azərbaycanda beş il evli olan qadının qeyri-adi istəyi boşanmaya səbəb olub. Qadın ərinin aldığı avtomobilin dövlət qeydiyyat nişanında olan hərflərdən birinin öz adının baş hərfi olmasını istəyib. Lakin alınan avtomobilin nömrəsindəki hərf başqa olub və buna görə ərini qısqanan qadın ondan boşanmaq üçün vəkil tutub. 25 yaşlı qadınının bu istəyini əri ilk vaxtlar qeyri-ciddi qarşılayıb. Sondan məhkəməyə çağırılması onu əməlli başlı şoka salıb. O, məhkəmədə nömrəni dəyişməyə razı olduğunu desə də, qadın razılaşmayıb.

Nəsimi rayonunda müstəqillik günü münasibətilə tədbir keçirilib

17 Oktyabr 2017 19:45

Nəsimi rayonunda Dövlət müstəqilliyi gününə həsr edilmiş silsilə tədbirlər davam edir. Məlumata görə, həmin tədbirlər çərçivəsində Nəsimi rayonu 164 saylı tam orta məktəbdə Dövlət müstəqilliyi gününə həsr olunmuş bayram tədbiri keçirilib. Məktəbin foyesində şagirdlərin kreativ əl işlərindən ibarət rəngarəng sərgi təşkil olunub.

Kamal Abdulla Meksikanın səfiri ilə görüşüb

17 Oktyabr 2017 19:32

Oktyabrın 17-də Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşüb. Olaylar bildirir ki, səfiri salamlayan K.Abdulla onun universitetə gəlişini yeni və xüsusi münasibətlərin başlanğıcı kimi qiymətləndirib. Rektor bildirib ki, ADU-da ispan dili tədris olunur: “Bizim Meksikanı da öyrənməklə bağlı arzu və ümidlərimiz var. Ümid edirəm ki, siz bu arzularımızın həyata keçirilməsində bizə yardımçı olacaqsınız”. K.Abdulla tələbələrin Meksika barədə daha ətraflı məlumatlanmasını təmin etmək üçün səfiri “Səfir saatı” klubunda mühazirə oxumağa dəvət edib.

Lider televiziyasında “Ekran və efirdə ədəbi dil normaları” layihəsi üzrə təlimlər 

17 Oktyabr 2017 19:11

Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə keçirilən “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində Lider Televiziyasında ilk təlim keçirilib. Təlimdə Lider televiziyasında çalışan gənc aparıcı və reportyorlar iştirak ediblər. Olaylar bildirir ki, iştirakçılara layihə barədə ətraflı məlumat verən Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova bildirib ki, son zamanlar ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinq nəticələri telekanallarda ədəbi dil normalarının pozulduğunu deməyə əsas verir. Layihə çərçivəsində tanınmış dilçilərin, təcrübəli jurnalistlərin iştirakı ilə televiziya və radio şirkətlərində gənc reportyorlar, müxbir və redaktorlar üçün təlimlər, ustad dərsləri keçirilir.

İsrailli ekspert ADU tələbələri ilə görüşüb

17 Oktyabr 2017 19:04

Oktyabrın 17-də  Dillər Universitetinin Multikulturalizm elmi-tədqiqat laboratoriyasında beynəlxalq münasibətlər üzrə ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının həmsədri Arye Qut Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin İsrailşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb. Olaylar bildirir ki, görüşdə A.Qut “İsrail və Azərbaycan münasibətlərində multikulturalizm faktoru” mövzusunda məruzə ilə çıxış edib.

“Azərbaycanda siyasi plüralizm, söz və ifadə azadllğı o qədər genişdir ki,...”

17 Oktyabr 2017 17:46

Azərbaycan müstəqillik əldə etdiyi ilk gündən demokratik dəyərlər və prinsiplərin inkişaf etdirilməsi,  bu prinsiplərin ölkəmizdə tətbiqi sahəsində bir çox uğurlu addımlar atıb. Məhz həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda əsas demokratik dəyərlər yüksək səviyyədə təmin olunub. Demokratik dəyərlərin əsas göstəricilərindən birinin də siyasi plüralizm olduğunu nəzərə alsaq, bu prinsipə ölkəmizdə nə dərəcədə əməl edildyinə də diqqət çəkmək zəruri olar.  Elə bu məqsədlə də Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədr Cavid Şahverdiyevə müraciət etdik.

AST Telmanın otelinin suyunu kəsdilər— SƏBƏB

17 Oktyabr 2017 17:28

2010-cu ildə dünyanın ən lüks oteli seçilən "Mardan Palace"ın borc ucbatından problemləri artmaqda davam edir. Telman İsmayılova məxsus otelin suya 2 milyon türk lirəsi (1milyon manata yaxın) borcu olduğu üçün müəssisənin suyu kəsilib. 

Ceyhun Aslanov ABŞ-da seçkilərə necə təsir edib?

17 Oktyabr 2017 16:58

Rusiyanın "RBK" nəşri 27 yaşlı azərbaycanlının ABŞ-da keçirilən prezident seçkilərinə necə təsir etməsi ilə bağlı araşdırma aparıb. 

Xızıda silah anbarındakı partlayışla bağlı AÇIQLAMA

17 Oktyabr 2017 16:25

"Avqustun 27-də Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışla əlaqədar aparılan əməliyyatların ilin sonunadək başa çatdırılması nəzərdə tutulub".

Tələbələr Metropolitendə təcrübə keçib

17 Oktyabr 2017 16:23

«Bakı Metropoliteni» QSC-nin ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup tələbəsi Bakı metropolitenində istehsalat təcrübəsinə cəlb olunub. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, 25 tələbəyə metropolitenin diaqnostika və metroloji təminat mərkəzinin bazasında yaradılmış şəraitdən maksimum faydalanması üçün imkan yaradılıb.

“Şəhadət” filmi İsmayıllıda nümayiş olunub

17 Oktyabr 2017 16:22

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman idarəsi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və İsmayıllı Peşə Tədris Mərkəzinin birgə təçkilatçılığı ilə Gənclər Mərkəzində “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” adlı konfrans keçirilib.

SOCAR-ın Xaricdə Təhsil üzrə Təqaüd Proqramı Komissiyasının iclası keçirilib

17 Oktyabr 2017 16:20

SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, iclasda SOCAR-ın Xaricdə Təhsil üzrə Təqaüd Proqramı çərçivəsində kimya mühəndisliyi, geologiya mühəndisliyi, kompüter mühəndisliyi, iqtisadiyyat və insan resurslarının idarə edilməsi ixtisas qrupları üzrə təhsilini başa vurmuş 7 məzunun hesabat xarakterli təqdimatları dinlənilib. Məzunlar təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliğatı istiqamətində ictimai fəaliyyətləri barədə ətraflı məlumat veriblər. Hesabatlar dinlənildikdən və komissiya üzvlərinin müzakirələrindən sonra məzunlara ixtisaslarına uyğun müvafiq iş yerləri təklif edilib. 

Səfir Auqusto Massari Dillər Universitetində

17 Oktyabr 2017 16:14

Oktyabrın 17-də Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb. A.Massarini səfir vəzifəsinə təyin edilməsi münasibəti ilə təbrik edən K.Abdulla iki ölkə arasındakı xoş münasibətlərin bundan sonra da davam edəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, səfirliklə ADU arasındakı münasibətlər iki ölkə arasındakı dialoqun əsasını təşkil edir.

9 ay ərzində 1 243 346 nəfər əcnəbinin Azərbaycana girişi qeydə alınıb

17 Oktyabr 2017 16:09

Dövlət Miqrasiya Xidmətində (DMX) 2017-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  xidməti müşavirə keçirilib.  “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib.