“Şəhadət” filmi İsmayıllıda nümayiş olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman idarəsi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və İsmayıllı Peşə Tədris Mərkəzinin birgə təçkilatçılığı ilə Gənclər Mərkəzində “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” adlı konfrans keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman idarəsi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və İsmayıllı Peşə Tədris Mərkəzinin birgə təçkilatçılığı ilə Gənclər Mərkəzində "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" adlı konfrans keçirilib. "OLAYLAR"-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, əvvəlcə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş "Şəhadət" sənədli filmi nümayiş olunub. Çıxışlar zamanı dini radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilərək radikalizmin qarşısının alınmasında təhsilin önəmi xüsusi qeyd edilib. Eyni zamanda milli-mənəvi dəyərlərimizin qorunmasında yeniyetmə və gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində fikir mübadiləsi aparılıb.

Yekunda çıxışlar ətrafında müzakirələr aparılıb və dinləyicilərin sualları cavablandırılıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31