Səfir Auqusto Massari Dillər Universitetində

Oktyabrın 17-də Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb. A.Massarini səfir vəzifəsinə təyin edilməsi münasibəti ilə təbrik edən K.Abdulla iki ölkə arasındakı xoş münasibətlərin bundan sonra da davam edəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, səfirliklə ADU arasındakı münasibətlər iki ölkə arasındakı dialoqun əsasını təşkil edir.

Multikulturalizm sahəsində əməkdaşlıqdan söz açan K.Abdulla bildirib ki, "Azərbaycan multikulturalizmi" fənninin tədris edildiyi universitetlərdən biri də İtaliyanın La Sapienza Universitetidir. ADU-nun bir çox xarici universitetlərlə əməkdaşlıq etdiyini deyən rektor əlavə edib ki, bu əlaqələrin La Sapienza universiteti ilə də davam etməsinə çalışacaq.

Öz növbəsində səfir A.Massari Azərbaycanın ölkəsində kifayət qədər tanındığını, İtaliya səfirliyi ilə ADU arasında isti münasibətlərin mövcud olduğunu vurğulayıb. Səfir əlavə edib ki, Bolonya Universitetində "Azərbaycan multikulturalizmi" fənninin tədrisini təşkil etmək olar və o, bu barədə həmin universitetin rektoruna məlumat verəcək. O, bildirib ki, İtaliya universitetlərinin birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması təklifini müsbət qarşılayır.

Səfir ADU-nun rektorunun onun "Səfir saatı" klubunda mühazirə oxumağı barədə dəvətini müsbət qiymətləndirib və məmnuniyyətlə tələbələrlə, o cümlədən italyan dili üzrə məzun olmuş şəxslərlə görüşəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31