“Azərbaycanda siyasi plüralizm, söz və ifadə azadllğı o qədər genişdir ki,...”
Azərbaycan müstəqillik əldə etdiyi ilk gündən demokratik dəyərlər və prinsiplərin inkişaf etdirilməsi, bu prinsiplərin ölkəmizdə tətbiqi sahəsində bir çox uğurlu addımlar atıb. Məhz həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda əsas demokratik dəyərlər yüksək səviyyədə təmin olunub. Demokratik dəyərlərin əsas göstəricilərindən birinin də siyasi plüralizm olduğunu nəzərə alsaq, bu prinsipə ölkəmizdə nə dərəcədə əməl edildyinə də diqqət çəkmək zəruri olar. Elə bu məqsədlə də Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədr Cavid Şahverdiyevə müraciət etdik.
17 Oktyabr 2017 17:46 SosialCavid Şahverdiyev: "Bündan bütün çevrələr istifadə edir"
Azərbaycan müstəqillik əldə etdiyi ilk gündən demokratik dəyərlər və prinsiplərin inkişaf etdirilməsi, bu prinsiplərin ölkəmizdə tətbiqi sahəsində bir çox uğurlu addımlar atıb. Məhz həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda əsas demokratik dəyərlər yüksək səviyyədə təmin olunub. Demokratik dəyərlərin əsas göstəricilərindən birinin də siyasi plüralizm olduğunu nəzərə alsaq, bu prinsipə ölkəmizdə nə dərəcədə əməl edildyinə də diqqət çəkmək zəruri olar. Elə bu məqsədlə də Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədr Cavid Şahverdiyevə müraciət etdik.
- Cavid bəy, demokratik cəmiyyətlərin başlıca göstəricilərindən biri də siyasi plüralizmdir. Bu baxımdan Azərbaycanda qeyd edilən istiqamətdə vəziyyəti necə dəyərləndirərdiniz?
- Demokratiyanın əsas göstəricilərindən sayılan plüralizm bütün sahələrdə, o cümlədən siyasi sahədə dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Söz azadlığı dünyada bəlkə də ən əvəzolunmaz nemətlərdəndir. Bəşər övladının azad mühitdə yaşayıb, öz fikrini sərbəst ifadə etməsindən yaxşı heç nə ola bilməz. Fikir, söz və məlumat azadlığı, siyasi plüralizm sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması siyasi çevrələrin əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı plüralizmi hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir.
Azərbaycanda siyasi plüralizm mövcuddur, özü də deyərdim ki, daha çoxdur.
Azərbaycanda siyasi partiyalar kifayət qədər çox olsa da, bəzi partiyaların nə dövlətə, nə də, Azərbaycan cəmiyyətinə yeni bir ideya, hansısa bir təşəbbüsü yoxdur. Ümumiyyetlə, Azərbaycanda partiyalar bir-biri ilə sırf rəqabət forumunda olduğu üçün,uğur baxımından onların addımlarını yalnız qənaətbəxş saymaq olar. Azərbaycanda dövlət qeydiyyatından 55 partiya keçib. Partiya yeni nəsil, yeni fikir, ideya və yeni təşəbbüslərlə, yeni kadrlar yetişdirməsi öhdəliyi olan bir qurum sayıla bilər. Amma Azərbaycanda nə tarixi baxımdan , nə də siyasi fəaliyyət baxımından heç bir fəaliyyəti olmayan bəzi partiyalar ümumiyyətlə yeni donorların yetişdirilməsində heç də maraqlı deyil. Azərbaycanda elə partiyalar var ki , dünya demokratiyasını misal tutaraq,Qərb prinsipləri ilə özlərini potensiallı sayaraq bəyanatlar yayırlar. Amma dünyaya inteqrasiya etmək üçün onların elitası, maraqlı ideyaları belə yoxdur. Bu gün ölkəmizdə siyasi partiyaların azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. İstənilən siyasi qüvvə bu gün Azərbaycanda öz gücünü göstərə bilər. Son günlər Milli Şuranın keçirdiyi mitinqlər elə siyasi plüralizmin bariz nümunəsidir. Azərbaycanda keçirilən bütün seçkilərdə siyasi partiyaların iştirakı yüksək səviyyədə təmin edilir. İstənilən partiya istədiyi bəyanatı verir, aksiyalarını keçirir, mətbu orqanları fəaliyyətdədir, bir çoxu qərargahlarla təmin olunublar. Yəni siyasi plüralizmin bütün prinsip və tələblərindən yetərincə istifadə edirlər, hətta deyədim ki, hakimiyyətdən beynəlxalq təşkilatlara da şikayətlər edilir. Elə partiyalar var ki, bir sıra beynəlxalq siyasi təşkilatlarla əməkdaşlıq edirlər. Elə partiya sədrləri var ki, beynəlxalq əlaqələrindən istifadə edib xarici dolanırlar və müxtəlif fikirlər söyləyirlər. Yəni Azərbaycanda siyasi plüralizm, söz və ifadə azadllğı o qədər genişdir ki, bündan bütün çevrələr istifadə edir. İndi kim necə istifadə edir, bu da göz qabağındadır. Bu plüralizimdən şəxsi mənafeləri üçün istifadə edənlər də var, milli maraqlarımız, ölkəmizin bütövlüyü və müstəqilliyinin qorunub saxlanılması üçün istifadə edənlər də. Hansı siyasi qurumun ictimaiyyət və xalq araında nüfuz və çəkisi var, o da seçkilərdə üzə çıxır.
-Ölkədə vətəndaş cəmiyyəti, QHT-lərin mövcudluğu da plüralizmin bariz nümunəsi sayıla bilər. Bəs, vətəndaş cəmiyyəti öz fəaliyyəti ilə bu prosesə necə dəstək verir və siyasi plüralizmin daha da genişlənməsi prosesində nə dərəcədə fəal iştirak edir?
- Azərbaycanda vətəndaş cəmiyyəti institutları siyasi partiyalara nisbətən daha geniş fəaliyyətdədirlər. Siyasi partiyaların çoxu ancaq seçkidən-seçkiyə "dirilirlər". Amma Azərbaycanda fəaliyyət göstərən 4 mindən çox QHT daim fəaliyyətdədir. Düzdür sual oluna bilər ki, həmin QHT-lər dövlətdən maliyyələşirlər, yəni qrant alırlar. İldə iki dəfə aldıqları qrantlar vasitəsilə layihələr həyata keçirirlər. Amma müvafiq qanunlar çərçivəsində dövlət tərəfindən maliyyələşən partiyalar da var ki, Milli Məclisdə təmsil olunurlar. Özü də əgər bir QHT ildə bir dəfə layihə həyata keçirmək səlahiyyətindədirsə, Milli Məclisdə təmsil olunan partiyalar ayda dövlətdən vəsait alırlar. Bəs onların fəaliyyətləri niyə gözə çarpmır? Hansı tədbir və ya aksiya həyata keçirirlər? Bu müqayisədə QHT sektoru partiyaları üstələyir. Bir misal çəkim, QHT sədri kimi 2012-ci ildə Moskvada beynəlxalq tədbirdəydim. Orada Rusiyanın Gürcüstandakı sabiq səfiri, MDB Dövlətləri İnstitutunun Qafqaz bölməsinin rəhbəri, diplomat Feliks Stanevski ilə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparanda, o, mənə dedi ki, Azərbaycanda QHT-lərin fəaliyyəti siyasi partiyaların fəaliyyətindən güclüdür və onları arxada qoyub. QHT-lərə Dövlət Dəstəyi Şurası ildə iki dəfə, elə vaxt olur, üç dəfə QHT-lərin layihələrini maliyyələşdirir. İldə 400-500 QHT layihə həyata keçirir, hamısı da maarifləndirici. Azərbaycanda QHT sektorunda ildənilə yeni təşkilatların yaranmasının şahidi oluruq. Düzdür, qeydiyyatdan keçməyən QHT-lər də fəaliyyətdədirlər, amma qeydiyyatlarının olmamasına görə şuradan qrant ala bilmirlər,. Bütün QHT-lərin bir missiyası var - Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmət etmək, millətimizi maarifləndirmək. Onu da etiraf edək ki, elə QHT də var Azərbaycanın milli maraqlarına qarşı fəaliyyət göstərib. Beynəlxalq təşkilatlarda antiAzərbaycan təbliğatı aparıb. Amma son 4-5 ildə həmin QHT-lər ifşa olunduqdan sonra onlar aramızda yoxdurlar. Onların çoxu xarici donorlardan maliyyələşirdi, milyonlar alırdılar. Bunun özü də QHT sektorunda yaranan plüralizmin bir göstəricisi idi. İndiki plüralizmdən isə QHT fəaliyyətlərini ancaq milli mənafenin qorunmasına yönəldiblər. Bu gün nüfuzlu QHT-lər beynəlxalq təşkilatlarla əlaqələrini genişləndiriblər. Düzdür, qrant xatirinə fəaliyyət göstərən QHT-miz də az deyil.
-Ümumiyyətlə, hansı xüsusiyyətlərinə görə qəti şəkildə deyə bilərik ki, Azərbaycanda siyasi plüralizm mövcuddur?
- Bütün xüsusiyyətlərə görə. Siyasi plüralizm təkcə partiyaların çoxluqu ilə ölçülmür. Plüralizm siyasi çevrələrdə söz və fikir azadlığı, siyasi partiyanın öz mövqeyini açıq şəkildə ortaya qoyması, mediada öz fikrini maneəsiz deməsi deməkdir. Baxın, Milli Şuranın, Müsavatın keçirdiyi mitinqlərə. O mitinqlərdə digər siyasi partiya üzvləri iştirak ediblər. Həmin mitinq və etiraz aksiyaları dövlətin yaratdığı təhlükəsizlik bir şəraitdə keçib. Mitinq təşkilatçıları tribunadan istədikləri bəyanatı veriblər. Yenidən mitinqlər planlaşdırılır, seçkilərin demokratik və şəffaf keçirilməsi, namizədlərin maeəsiz təbliğat və təşviqat işlərini aparması və s. Bunların hamısı siyasi plüralizmin mövcudluğunun əsas xüsusiyyətlərindəndir.
- Bu günkü qanunverici orqan, parlamentin tərkibi də ölkədə siyasi plüralizmin mövcudluğundan xəbər vermirmi?
- Əlbəttə verir. Milli Məclisdə təmsil olunan partiyalar arasında müxalifət də var, bitərəf də, iqtidaryönlü də. Amma qane etməyən məqam odur ki, müxalifət partiyanı təmsil edən deputatların əksəriyyəti "lal deputatlar" sırasındadırlar, aktiv deyillər. Parlament Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq formalaşıb. Bu Məcəllə isə venesiya Komissiyası tərəfindən müsbət rəy alıb.
- Amma təəssüflər olsun ki, bir sıra hallarda Azərbaycanda siyasi plüralizmin mövcud olmadığı iddia edilir. Bu iddada olanlara ən yaxşı cavab kimi nəyi sübuta yetirmək, hansı faktı göstərmək olar?
- Bu sadəcə iddiadır. Əgər bir ölkədə siyasi fəaliyyətə maneə yoxdursa, mediada maneəsiz fikrini bəyan edirsənsə, hakimiyyəti tənqid edirsənsə, xaricə gedib görüşlər keçirirsənsə və yaxud da xaricdən gələn qonaqlarla görüşürsənsə, xarici təşkilat rəhbərləri ilə sərbəst dialoqa girib, fikirlərini söyləyirsənsə, maneəsiz aksiya və ya mitinq keçirirsənsə, təhlükəsizliyin hakimiyyət tərəfindən təmin olunursa... bunların hamısı plüralizmin mövcudluğunu sübut edir.
- Ümumiyyətlə, Azərbaycanı plüralizmin təmin olunması baxımından regionun nümunəvi ölkəsi kimi göstərmək mümkündürmü?
- Azərbaycan nəinki regionda, o cümlədən Avropda da nümunə göstəriləcək bir dövlətdir. Azərbaycanda söz və mətbuat azadlığı, insan haqlarının qorunmasına dəyər verilir. Azərbaycanda prezidentliyə namizəd güllələnmir, namisədlər, siyasi liderlər, fəallar təqib olunmur, aksiyaların dağıdılmasında polis qüvvələrindən, atlardan, gözyaşardıcı, rezin güllələrdən istifadə olunmur, milli mənsubiyyətinə görə hansısa millətin nümayəndələri aşağılanmır, öldürülmür, həbsə atılmır, hansısa azsaylı xalqa məxsus mədəni irs abidələri dağıdılmır, yandırılmır. Hansılar ki, qonşu dövlətlərdə və hətta demokratiyanın beşiyi sayılan Avropada bunların şahidi oluruq.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir