Tələbələr Metropolitendə təcrübə keçib
«Bakı Metropoliteni» QSC-nin ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup tələbəsi Bakı metropolitenində istehsalat təcrübəsinə cəlb olunub. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, 25 tələbəyə metropolitenin diaqnostika və metroloji təminat mərkəzinin bazasında yaradılmış şəraitdən maksimum faydalanması üçün imkan yaradılıb.
17 Oktyabr 2017 16:23 Sosial"Bakı Metropoliteni" QSC-nin ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup tələbəsi Bakı metropolitenində istehsalat təcrübəsinə cəlb olunub. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, 25 tələbəyə metropolitenin diaqnostika və metroloji təminat mərkəzinin bazasında yaradılmış şəraitdən maksimum faydalanması üçün imkan yaradılıb.
Təcrübədə olan tələbələrin universitetdə əldə etdikləri nəzəri bilikləri tətbiq etməsi məqsədilə lazımi proqram hazırlanıb. İxtisaslarına uyğun olaraq, müdavimlər metrologiyanın istehsalatdakı rolu ilə əyani şəkildə tanış olacaq, həmçinin müəssisənin metroloji bazasının malik olduğu ən müasir avadanlıq və cihazların pratik istifadəsini müşahidə edəcəklər. Tələbələrdə metropoliten barədə ətraflı məlumat və tətbiq edilən yeniliklər, müasir texnologiyalar barədə təsəvvürün yaranması məqsədilə onların ayrı-ayrı sahələrlə tanışlığı da təmin edilir. Tələbələr metropolitendə keçirdikləri ilk həftədə diaqnostika kompleksində, yolun vəziyyətinə nəzarət və diaqnostika laboratoriyasında, lokomotiv və yol təsərrüfatlarında, metropolitendə vaqonların təmirdən sonra sınaqdan keçirilməsi üçün tikilən sınaq yolunda tətbiq edilən ən müasir texnologiyalarla tanış olublar.
Qeyd edək edək ki, 2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat İnstitutu, Azərbaycan Texniki Universitetinin tələbələrindən ibarət SABAH qrupunun, cari ilin birinci yarısında isə ADNSU-nun bir qrup tələbəsi metropolitendə istehsalat təcrübəsinə cəlb ediliblər.