19 dövlət əmlakı özəlləşdirilib
Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac 17 oktyabrda keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 6-ı kiçik dövlət müəssisəsi, 7-i istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü yarımtikili, 3-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 6 istifadəsiz qeyri yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 6 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri yaşayış sahəsi, 3 yarımtikili özəlləşdirilib. Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Səbail rayonunda yerləşən ümumi faydalı sahəsi 31,4 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 10 min manat olmasına baxmayaraq ən son 17 min manata özəlləşdirilib.
17 Oktyabr 2017 14:59 SosialDövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac 17 oktyabrda keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən "Olaylar"a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 6-ı kiçik dövlət müəssisəsi, 7-i istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü yarımtikili, 3-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 6 istifadəsiz qeyri yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 6 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri yaşayış sahəsi, 3 yarımtikili özəlləşdirilib. Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Səbail rayonunda yerləşən ümumi faydalı sahəsi 31,4 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 10 min manat olmasına baxmayaraq ən son 17 min manata özəlləşdirilib.