Elçin Hüseynbəyli yazır... Erməni həyasızlığı…

Bu günlərdə hamımızın sevdiyi “Mimino” filminə baxırdım. Daha dəqiq desək, ailəlikcə baxırdıq. Filmdə bir epizod var. Xatırlayarsınız, yəqin: Firuzik Mkrtçyan (hə, bax o yekəburun erməni) Miminoya (Vaxtanq Kikabidzeyə) deyir: “Bura mənim yerimdir. Çünki mən burda yaşayıram...”

Elçin Hüseynbəyli

Erməni həyasızlığı...

Bu günlərdə hamımızın sevdiyi "Mimino" filminə baxırdım. Daha dəqiq desək, ailəlikcə baxırdıq. Filmdə bir epizod var. Xatırlayarsınız, yəqin: Firuzik Mkrtçyan (hə, bax o yekəburun erməni) Miminoya (Vaxtanq Kikabidzeyə) deyir: "Bura mənim yerimdir. Çünki mən burda yaşayıram..."

...Axırda onu mehmanxanadan qovurlar...

Deyə bilərsiniz ki, filmdə hər şey ola bilər. Amma həmin vaxt mən erməni xislətinin, mahiyyətinin kino həllini gördüm. Bəlkə də düşüncələrim ədalətsizdir, bəlkə də heç filmin mahiyyətinə uyğun gəlmir. Amma mənə görə erməniyə öz yerini göstərmək lazımdır. Baxın, mehmanxana erməninin deyil. O, sadəcə bir qonaqdır. Amma yekəburun erməni özünü ev sahibi kimi aparır. Yəni bura gəlmişəmsə, bu yerə sahiblənmişəmsə, bura mənimdir və məni burdan heç kim çıxara bilməz. Sonda isə çıxarırlar. Bəlkə biz də bir zamanlar yer verdiyimiz erməniləri qovaq getsin. Necə düşünürsünüz, dostlar? Bir mehmanxana sahibi qədər gücümüz yoxmu? İyirmi beş il qonaq qalar? Üzə bax e!!!

İrəvanı verdik. Onun davasını eləmirik də...

Yeri gəlmişkən deyim ki, erməni həyasızlığı haqqında, bizim yurdlarımıza göz dikmələri barədə "Fatihə" pyesimdə yazmışam. Və bu sətirləri yaza-yaza dostum Yunus Oğuzun  "Ovçu" romanının əlyazmasını (yəni kompüter variantını) oxuyuram. Bu əsərdə də erməni həyasızlığı yerli-yataqlı verilib və ötən ilin aprel döyüşlərində onların layiq olduğu yer göstərilib...

Moskvada tələbə olarkən müəllimlərdən biri məndən soruşdu:

-Erməni tələbələrlə münasibətiniz necədir?

-Yaxşıdır, -dedim.

-Amma xalqlarınız yola getmir.

-Biz yola gedirik, onlar getmək istəmir.

-Belə de...

-Mənim sözlərim sizə qəribə gələ bilər. Amma bilin ki, ermənini tanımaq üçün azərbaycanlı olmaq lazımdır, -dedim...

O, yenə də mızıldandı. Bəlkə, dediyim söz ona qəribə gəlmiş və çaşdırmışdı...

Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü və erməni baş biləninin (adını çəkmək istəmirəm) vədləri barədə xəbəri oxudum və yenidən "Mimino" filmindəki həmin epizodu xatırladım...

İnsafən, Vaxtanq Kikabidze çox yaraşıqlıdır...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31