Vergilər naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, 20 oktyabr 2017-ci il tarixində vergilər naziri Fazil Məmmədov Ağcabədi rayon vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyov prospekti) Ağcabədi, İmişli, Bərdə, Tərtər, Xocalı və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, 20 oktyabr 2017-ci il tarixində vergilər naziri Fazil Məmmədov Ağcabədi rayon vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyov prospekti) Ağcabədi, İmişli, Bərdə, Tərtər, Xocalı və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq. Ağcabədi, İmişli, Bərdə, Tərtər, Xocalı və Xocavənd rayonlarından olan vətəndaşlar 8 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Qarayev Mahir Qaraxan oğlu, əlaqə telefonu (021-225-25-52), mobil (050-330-77-55), 11 saylı Ərazi Vergilər Departamenti (əlaqələndirici şəxs: Eyvazlı Fuad Ədalət oğlu, əlaqə telefonu (055-654-04-72), Ağcabədi Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Əbilov Anar Yusif oğlu, əlaqə telefonu (050-462-95-00), İmişli Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Əmiraslanov Ruslan Əliağa oğlu, əlaqə telefonu: (021-246-62-27), mobil (050-445-95-55), Bərdə Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Kərimov Sakir Dilən oğlu, əlaqə telefonu (050-350-87-86) və Tərtər Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Tağıyev İsrafil İsa oğlu, əlaqə telefonu (050-319-44-37) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31