Sosial

Qaçan məhbusların axtarışı davam edir

23 Oktyabr 2017 13:05

Ədliyyə Nazirliyi Penitensiar Xidmət (PX) bir neçə məhkumun qaçması ilə bağlı məlumatlara aydınlıq gətirib. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hal-hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıb.

Sevdiyi qadını qaçıran şəxsi amansızlıqla öldürdü - Bərbər ölümünün TƏFƏRRÜATI

23 Oktyabr 2017 12:54

Dünən Mingəçevir şəhərində törədilmiş dəhşətli qətlin təfərrüatı üzə çıxıb. 27 yaşlı Eldar Abbasovun İsmət Qayıbov küçəsindəki bərbərxanada işləyən Pərviz Məmmədovu qısqanclıq zəminində öldürdüyü dəqiqləşib.

Kərkükdəki vəziyyət Danımarkada müzakirə edilib

23 Oktyabr 2017 12:20

 Azərbaycan, türk və türkmən cəmiyyətlərinin nümayəndələri Kopenhagendəki Türkmən Ocağında bir araya gəlibler. Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətindən “OLAYLAR”-a verilən məlumata görə, tədbiri Türkmən Ocağının sədri Yurtan Karvancı açaraq qonaqlarə salamlayıb.

Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri başa çatıb

23 Oktyabr 2017 12:19

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Daşkənddə keçirilən “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransdan sonra qonaqlar Buxara şəhərində olublar.

Əmək Nazirliyi 101 nəfər əlilliyi olan şəxsi istirahət mərkəzinə göndərib

23 Oktyabr 2017 12:09

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən daha 101 nəfər əlilliyi olan şəxs xüsusi  ayrılmış nəqliyyat vasitələri ilə Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə istirahətə yola salınıb.

Diplomat: "İraqda həbsdə olan azərbaycanlıların azadlığa buraxılması istiqamətində işlər görülür"

23 Oktyabr 2017 12:04

“İraqın sərhədlərini qanunsuz olaraq keçdiyi üçün saxlanılan Azərbaycan vətəndaşlarının azad edilməsi istiqamətində işlər aparılır”. Bunu Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib. R. Qafarov bildirib ki, hazırda həmin şəxslərin siyahısı, İraqa hansı yolla, nə vaxt gəldiklərinə dair məlumatlar dəqiqləşdirilir: “Bu işlər bitdikdən sonra onların həbsdən azad edilərək Azərbaycana göndərilməsi üçün çalışacağıq”.

Bir gündə 4 nəfər avtomobilin qurbanı olub

23 Oktyabr 2017 12:00

Bakıda ölümlə nəticələnən 4 yol qəzası baş verib. Məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayon ərzisində “Lada” markalı avtomobil 77 yaşlı qadını vurub öldürüb. Yasamal rayonunun Şərifzadə küçəsində isə “Honda” markalı avtomobil 42 yaşlı piyada qadının həyatına son qoyub.

Azərbaycanın risklər atlası hazırlanır

23 Oktyabr 2017 11:58

Azərbaycan Prezidenti tərəfindən verilən tapşırıq əsasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə birgə risklər atlası hazırlamağa başlayırıq. Orada vacib məsələlərdən biri seysmologiya ilə bağldır.

Bakıda 8-9 ballıq zəlzələ gözlənilir?

23 Oktyabr 2017 11:56

Bakı ərazisinin, ümumilikdə Azərbaycanın seysmik baxımdan fon səviyyəsi 8, bəzi zonalar isə 9 ballıqdır. Bunu jurnalistlərə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli Bakıda 8-9 ballıq zəlzələnin gözləniləcəyi barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

Səyyar ASAN xidmət bölgələrdə

23 Oktyabr 2017 11:23

Səyyar ASAN xidmət 23 oktyabr – 11 noyabr Ağsu rayonu, 23 oktyabr – 6 noyabr Qaradağ rayonunun Sahil qəsəbəsi və Göygöl şəhəri, 27 oktyabr – 25 noyabr Qusar, Yevlax və Biləsuvar şəhərləri, 27 oktyabr – 6 noyabr Oğuz şəhəri, 28 oktyabr – 11 noyabr H.Z.Tağıyev qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Olaylar bildirir ki, 23 -  31 oktyabr tarixlərində Xəzər rayonunun Binə qəsəbəsində səyyar formada kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC və “Azəriqaz” İB) təqdim olunacaq.

Torpaqların elektron kadastr uçotuna başlanılıb

23 Oktyabr 2017 11:23

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Biləsuvarda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasına start verilib. Komitədən “Olaylar”a verilən məlumata görə, görüləcək işlərin mahiyyəti və nəticələrinin izahı, bununla əlaqədar aidiyyatı qurumların koordinasiyası ilə bağlı Biləsuvar rayonunda maarifləndirici regional İşgüzar Forum keçirilib.

Dünya türkoloqları Qazaxıstanda toplaşıblar

23 Oktyabr 2017 11:21

AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) 18-20 oktyabr 2017-ci il tarixlərində Qazaxıstanın Türküstan şəhərində Uluslararası Xoca Əhməd Yəsəvi Türk-Qazax Universitetinin və onun nəzdindəki Türkologiya İnstitutunun düzənlədiyi 7-ci Beynəlxalq Türkoloji Konqresdə iştirak edib. 

Qatardan qaçan məhbusun DƏHŞƏTLİ KEÇMİŞİ: "Krutoy Elvin"in qatili 

23 Oktyabr 2017 11:19

Biləcəridən qaçan məhbuslardan biri kriminal aləmdə nüfuzlu şəxslərdən birinin qatilidir. Məlumata görə, qaçan məhbus 1983-cü il təvəllüdlü Əli Ağami kriminal aləmdə “Krutoy Elvin” kimi tanınan 1983-cü il təvəllüdlü Elvin Nəziyevin qatilində ittiham olunub. Məlumata görə, Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz silah gəzidrmə) maddələri ilə ittiham olunan Əli Ağami bu gün saxlandığı Kürdəxanı istintaq təcridxanasından Şirvan şəhərinə etap olunarkən Biləcəri dəmiryolu stansiyasında qaça bilib. Məlumata görə, Əli Ağaminin cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsində proses gedir.

Maddə asılılığına qarşı  seminar

23 Oktyabr 2017 11:15

Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Sosial İş İctimai Birliyinin növbəti seminarı keçirilib. Olaylar bildirir ki, Kulturologiya fakültəsinin Sosial iş tələbələrin iştirak etdiyi seminar “Sosial İş və Maddə Asılılığı”na həsr olunub.

Dərsliklərin qiymətləndirilməsi üçün ekspertlər axtarılır

23 Oktyabr 2017 11:00

Azərbaycanda orta məktəb dərsliklərinin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri tələb olunur. Məlumata görə, dərsliklərin qiymətləndirilməsi “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən həyata keçirilir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdir. Seçilmiş ekspertlər dərslik komplektinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, elmi etibarlılığını, pedaqoji yanaşmalarını, bədii tərtibatını və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər.