Maddə asılılığına qarşı seminar
Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Sosial İş İctimai Birliyinin növbəti seminarı keçirilib. Olaylar bildirir ki, Kulturologiya fakültəsinin Sosial iş tələbələrin iştirak etdiyi seminar “Sosial İş və Maddə Asılılığı”na həsr olunub.
23 Oktyabr 2017 11:15 SosialMədəniyyət və İncəsənət Universitetində Azərbaycan Sosial İş İctimai Birliyinin növbəti seminarı keçirilib. Olaylar bildirir ki, Kulturologiya fakültəsinin Sosial iş tələbələrin iştirak etdiyi seminar "Sosial İş və Maddə Asılılığı"na həsr olunub.
Təqdimatçı Sənubər Heydərova tərəfindən əsasən narkotik maddələrin növləri, aludəçiliyin səbəbləri, aludəçinin ailəsi, ətrafı və sosial işçinin vəzifələri haqqında məlumat verilib. Seminarın əsas məqsədi müasir dövrdə sosial problemlər arasında ən geniş yayılan narkotik maddə aludəçilərinin sayının artmasının qarşısını alınmasına və hədəf qrupu ilə işləməyin yollarının öyrənilməsinə həsr edilib.