Dünya türkoloqları Qazaxıstanda toplaşıblar
AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) 18-20 oktyabr 2017-ci il tarixlərində Qazaxıstanın Türküstan şəhərində Uluslararası Xoca Əhməd Yəsəvi Türk-Qazax Universitetinin və onun nəzdindəki Türkologiya İnstitutunun düzənlədiyi 7-ci Beynəlxalq Türkoloji Konqresdə iştirak edib.
23 Oktyabr 2017 11:21 SosialAMEA Fəlsəfə İnstitutunun əməkdaşı, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) 18-20 oktyabr 2017-ci il tarixlərində Qazaxıstanın Türküstan şəhərində Uluslararası Xoca Əhməd Yəsəvi Türk-Qazax Universitetinin və onun nəzdindəki Türkologiya İnstitutunun düzənlədiyi 7-ci Beynəlxalq Türkoloji Konqresdə iştirak edib. Bu barədə "OLAYLAR" -a Faiq Ələkbərli məlumat verib. Bildirib ki, "Təhlükədəki Türk dilləri" mövzusuna həsr edilmiş Beynəlxalq konfransa 6-dan çox ölkənin Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya Federasiyası, o cümlədən Tatarıstan, Çuvaşiya, Başqırdıstan, Yakutiya və b. Türksoylu ölkələrin alimləri qatılıblar. Azərbaycan alimi "Quzey Azərbaycanda milli dil məsələsi və onun həll yolları (XX yüzil-XXI yüzilin başları)" mövzusunda məruzəsi zamanı həm Azərbaycan türkcəsinin son əsrdə yaşdığı problemləri, həm də digər Türk xalqlarının eyni taleyi yaşamasından dolayı ortaq Türk dilinin artıq özünü ifadə etməsinin vacibliyini dilə gətirib. F.Ələkbərli Konqresdə ortaq Türk dilinin yaranmasıyla bağlı konkret iki təklif verdiyini də deyib.