Səyyar ASAN xidmət bölgələrdə
Səyyar ASAN xidmət 23 oktyabr – 11 noyabr Ağsu rayonu, 23 oktyabr – 6 noyabr Qaradağ rayonunun Sahil qəsəbəsi və Göygöl şəhəri, 27 oktyabr – 25 noyabr Qusar, Yevlax və Biləsuvar şəhərləri, 27 oktyabr – 6 noyabr Oğuz şəhəri, 28 oktyabr – 11 noyabr H.Z.Tağıyev qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Olaylar bildirir ki, 23 - 31 oktyabr tarixlərində Xəzər rayonunun Binə qəsəbəsində səyyar formada kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC və “Azəriqaz” İB) təqdim olunacaq.
23 Oktyabr 2017 11:23 SosialSəyyar ASAN xidmət 23 oktyabr - 11 noyabr Ağsu rayonu, 23 oktyabr - 6 noyabr Qaradağ rayonunun Sahil qəsəbəsi və Göygöl şəhəri, 27 oktyabr - 25 noyabr Qusar, Yevlax və Biləsuvar şəhərləri, 27 oktyabr - 6 noyabr Oğuz şəhəri, 28 oktyabr - 11 noyabr H.Z.Tağıyev qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Olaylar bildirir ki, 23 - 31 oktyabr tarixlərində Xəzər rayonunun Binə qəsəbəsində səyyar formada kommunal xidmətlər ("Azərişıq", "Azərsu" ASC və "Azəriqaz" İB) təqdim olunacaq.
Bundan başqa səyyar avtobuslar 24 oktyabr Şirvan və Xırdalanda, 23 oktyabr Şabran, Ağdaş, Qobustan, Göytəpə şəhərlərində vətəndaşların xidmətində olacaqlar.
Qeyd edək ki, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.