Sosial

Azərbaycanın zəlzələ ocaqları tam öyrənilib

23 Oktyabr 2017 10:58

Bu gün Azərbaycanın seysmik vəziyyəti, zəlzələ ocaqları tam öyrənilib. Məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Bakıda seysmologiyaya həsr olunan seminarda çıxışı zamanı deyib.

Məhkum həbsxanada evləndi - Bakıda

23 Oktyabr 2017 09:09

Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Baxışov Ehtiram Ələddin oğlu ilə vətəndaş Məmmədova Sevalə Əflatun qızının müraciətləri əsasında onların nikah mərasiminə şərait yaradılıb. Mərasimdə Bakı şəhər Xəzər rayon Qeydiyyat şöbəsinin rəis əvəzi Aygün Eminova tərəfindən həmin şəxslərin nikahı rəsmiləşdirilib.

478 itmiş sənəd tapıldı 

23 Oktyabr 2017 09:03

"Azərpoçt" MMC-nin "Poçtap" sistemində 478 itmiş sənəd qeydə alınıb. Bu sənədlərdən 155-i sahiblərinə qaytarılıb. Tapılan sənədlərdən 311-i müvafiq strukturlara göndərilib, 12-i isə "Azərpoçt"un filiallarında qalır. MMC-dən onu da bildiriblər ki, tapılan sənədlərin böyük əksəriyyəti şəxsiyyət vəsiqələri olur.

FHN mətbuat katibi vəzifəsindən getdi

22 Oktyabr 2017 14:41

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov öz ərizəsilə işdən ayrılıb. Bu barədə Oqtay Bayramov özü məlumat verib. O, işdən ayrılma səbəbini ailə məsələləri ilə əlaqələndirib. "Ərizə yazıb işdən ayrılmaq normaldır. Ailə üzvlərimin, özümün səhhətimdə problemlər var, hazırda onlarla məşğulam. Sizlərdən, çox razıyam. Bu 4 ildə gözəl insanlar tanıdım. Haqqınızı halal edin".

Qazaxda partlayış: yaralanan var

22 Oktyabr 2017 10:43

13 Azərbaycan vətəndaşı saxlanıldı - Qazaxıstanda

22 Oktyabr 2017 10:40

Qazaxıstanın Miqrasiya Xidiməti tərəfindən aparılan əməliyyat nəticəsində tikintidə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 13 Azərbaycan vətəndaşı saxlanılıb. Yoxlama zamanı həmçinin onların Şimali Qazaxıstan vilayətində qeydiyyatsız yaşadıqları ortaya çıxıb.