Bir gündə 4 nəfər avtomobilin qurbanı olub
Bakıda ölümlə nəticələnən 4 yol qəzası baş verib. Məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayon ərzisində “Lada” markalı avtomobil 77 yaşlı qadını vurub öldürüb. Yasamal rayonunun Şərifzadə küçəsində isə “Honda” markalı avtomobil 42 yaşlı piyada qadının həyatına son qoyub.
23 Oktyabr 2017 12:00 SosialBakıda ölümlə nəticələnən 4 yol qəzası baş verib. Məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayon ərzisində "Lada" markalı avtomobil 77 yaşlı qadını vurub öldürüb. Yasamal rayonunun Şərifzadə küçəsində isə "Honda" markalı avtomobil 42 yaşlı piyada qadının həyatına son qoyub. Daha bir oxşar hadisə isə Qaradağ rayonunda baş verib. Burada "Mercedes" markalı avtomobil 58 yaşlı kişini vurub öldürüb. Digər piyada ölümü isə şənbə günü qeydə alınıb. Suraxanı rayonu Qum adasında "Daewoo" markalı avtobus 50 yaşlı qadını vurub. Həmin qadının da həyatını xilas etmək mümkün olmayıb. Bütün faktlarla bağlı araşdırma aparılır.