Kərkükdəki vəziyyət Danımarkada müzakirə edilib

 Azərbaycan, türk və türkmən cəmiyyətlərinin nümayəndələri Kopenhagendəki Türkmən Ocağında bir araya gəlibler. Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətindən “OLAYLAR”-a verilən məlumata görə, tədbiri Türkmən Ocağının sədri Yurtan Karvancı açaraq qonaqlarə salamlayıb.

Azərbaycan, türk və türkmən cəmiyyətlərinin nümayəndələri Kopenhagendəki Türkmən Ocağında bir araya gəlibler. Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətindən "OLAYLAR"-a verilən məlumata görə, tədbiri Türkmən Ocağının sədri Yurtan Karvancı açaraq qonaqlarə salamlayıb. Türkmən Cəhbəsinin rəhbəri, Iraq Parlamentinin üzvü Erşad Salehi toplantıya telefon əlaqəsi vasitəsilə qatılaraq Kərkükün siyasi və hərbi durumu barədə geniş məlumat verib. "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi öz çıxışında Azərbaycanın, hər zaman qardş Türkmən xalqını dəstəklədiyini, onların yanında olduqlarını vurğulayıb. Sonda Azərbaycan, Türk, Türkmən cəmiyyətlərinin gələcəkdə birgə tədbirlər keçirməsi və fəaliyyət göstərmələri istiqamətində müzakirələr cay süfrəsi ətrafında davam edib.

Qeyd edək ki. görüşdə Danimarka - Azərbaycan Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi, Kopenhagen Ülkü Ocaqlarının başqanı Şərəf Sarac və digərləri iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31