Sosial

MQF üzvlərinin sayı 700-ə çatır

27 Oktyabr 2017 17:59

Azərbaycan Milli QHT Forumu (MQF) İdarə Heyətinin növbəti iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə,  yeni təşkilatın – “Kənd Təsərrüfatının İnkişafına Yardım” İB-nin MQF-yə üzv qəbul edilməsi İdarə Heyətinin üzvləri tərəfindən müzakirə olunub və yeni təşkilat MQF-yə üzv qəbul edilib. Daha sonra Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə MQF təkliflər planının hazırlanması MQF İdarə Heyətinin üzvü Çingiz Bayramova həvalə olunub. Beləliklə, MQF İdarə Heyətinin növbəti iclasında gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olundu və MQF-nin üzvlərinin sayı 694-ə çatıb.

Dövlət Məşğulluq Xidməti tərəfindən 41,6 min nəfər münasib işllə təmin edilib

27 Oktyabr 2017 17:55

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə ölkəmizin 52 rayon və şəhərində işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə Əmək yarmarkaları keçirib.

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

27 Oktyabr 2017 17:51

Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. MŞ-dan verilən məlumata görə, ilk olaraq “Aztoday.az” saytının fəaliyyəti ilə bağlı Şuraya daxil olmuş müraciətlər araşdırılıb. “Aztoday.az” saytına xəbərdarlıq edilməsi qərara alınıb. Eyni zamanda, “Aztoday.az”la bağlı toplanmış materialların Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında müzakirə olunması məqsədəuyğun sayılıb. 

Güclü təsir edən maddələri qanunsuz satan aptekə qarşı cinayət işi başlanıb

27 Oktyabr 2017 17:45

Paytaxtda fəaliyyət göstərən bəzi apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılması barədə vətəndaşlardan daxil olmuş müraciətlər Bakı şəhər prokurorluğunda araşdırılıb.

“Cocuq Mərcanlı məscidi:İslam dəyərlərinə töhfə” adlı kitab nəşr olunub

27 Oktyabr 2017 17:37

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Cocuq Mərcanlı məscidi:İslam dəyərlərinə töhfə” adlı kitab nəşr olunub. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə,  kitab 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri tərəfindən təhlükəsizliyi tam təmin edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bu gününə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə  dövlətimiz tərəfindən qısa müddət ərzində kənddə aparılan bərpa və abadlıq-quruculuq işlərinə həsr olunub. Nəşrdə, eyni zamanda, Ermənistanın işğalı nəticəsində ölkəmizə, həmçinin Cəbrayıl rayonuna dəymiş maddi ziyanı özündə əks etdirən statistik rəqəmlər verilib, işğal altındakı torpaqlarımızda dağıdılmış tarixi-dini abidələrimizə diqqət çəkilib.

BMU da Əjdər Ağayevin 80 illik yubileyi keçirilib

27 Oktyabr 2017 17:37

Bakı Mühəndislik Universitetinin Pedaqogika Kafedrasının professoru, Azərbaycan Respubilkası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar müəllim Əjdər Ağayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə,  yubiley tədbiri Əjdər Ağayevin həyatından bəhs edən filmin izlənilməsi ilə başlayıb. Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov tədbir iştirakçılarını salamlayıb və yubilyar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, professor ömrünün 60 ilini Azərbaycan elminə, pedaqogikanın inkişafına həsr edib. Əjdər Ağayev 50 nəfərdən çox elmlər doktoru və fəlsəfə doktoru yetişdirib. 500-dən çox elmi əsərin, 40-dan çox kitabın müəllifidir.

Miqrasiya Xidməti şimal zonasında 34 nəfərə səyyar xidmət göstərib

27 Oktyabr 2017 17:33

Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Qusarda əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün növbəti səyyar xidmət təşkil  edilib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə,  Rayonun Gənclər Mərkəzində təşkil edilmiş səyyar xidmətin imkanlarından müraciət edən 34 şəxs  istifadə edib.

Gəmiçilik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

27 Oktyabr 2017 17:32

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  rəhbər heyəti ilə Rusiya Federasiyasının  Birləşmiş Gəmiqayırma Korporasiyasının nümayəndələri arasında işgüzar görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüş zamanı qonaqlar təmsil etdikləri şirkət  haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Korporasiyanın nəzdində fəaliyyət göstərən  və Rusiyanın ən qədim gəmiqayırma müəssisələrindən olan “Krasnoye Sormovo”  zavodunun  əsası 1849-cu ildə qoyulub və bu müddət ərzində dünyada analoqu olmayan gəmilər tikməklə Rusiya hüdudlarından kənarda belə şöhrət qazana bilib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  sədri Rauf  Vəliyev və “Krasnoye Sormovo” zavodunun da daxil olduğu Birləşmiş Gəmiqayırma Korporasiyasının (BGK) marketinq və satış departamentinin direktoru Dmitriy Pryaxin əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. İkitərəfli əlaqələrin perspektivləri müzakirə olunub.

Cocuq Mərcanlıda gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib

27 Oktyabr 2017 17:30

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində Cəbrayıl və Füzuli rayonlarından olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev,  ictimaiyyət nümayəndələri, Qarabağ Müharibəsi veteranları, çağırışçılar və onların valideynləri iştirak ediblər. 

Sumqayıta gedən bu marşrutların fəaliyyəti dayandırıldı

27 Oktyabr 2017 17:27

Novxanı, Binəqədi, Ceyranbatan, Saray qəsəbələri və Xırdalan şəhərindən Sumqayıta işləyən marşrut avtobuslarının fəaliyyəti dayandırılıb. Bu barədə Sumqayıt şəhər sakinləri məlumat verib.

Saat dəyişikliyi problemi ilə bağlı AÇIQLAMA

27 Oktyabr 2017 17:25

İki ildir Azərbaycanda saatlar geri və irəli çəkilməsə də, telefon və kompüterlərində saat dəyişikliyi problemini yaşayanlar hələ də var. Bu səbəbdən gedəcəyi yerə zamanında çata bilməyənlər az deyil.

Dini plüralizm və tolerantlığın qorunduğu ölkə

27 Oktyabr 2017 17:04

Azərbaycan hər bir demokratik dəyərlər, prinsiplər kimi plüralizmə də yüksək səviyyədə əməl edir, onu qoruyub saxlayır, inkişaf etdirir. İstər siyasi, istər dini, istərsə də mədəni və humanitar sahələrdə plüralizm Azərbaycanda özünü ən məqbul səviyyədə göstərir, təsdiq edir.

Bakıda ilk dəfə I Azərbaycan- Alman Radioloji və Neyroradioloji Simpoziumu keçiriləcək

27 Oktyabr 2017 16:38

Cari ilin 4 noyabr tarixində Azərbaycanda tibbin və xüsusi ilə də Radiologiya sahəsinin inkişafına dəstək məqsədi ilə Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasının xüsusi dəstəyi ilə Bakıda ilk dəfə I Azərbaycan- Alman Radioloji və Neyroradioloji Simpoziumu keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, tədbirə Almaniyadan Köln və Aachen Universitet klinikalarından qatılan qonaqlar, Tibb elmləri doktoru Nuran Abdullayev, Tibb Elmləri doktoru Volker Maus və Professor Anastasios Mpotsaris, diaqnostik metodlarda son yeniliklərdən söhbət açmaqla yanaşı Azərbaycanda qurulmasına böyük ehtiyac olan STROKE mərkəzi haqqında danışacaqlar.

Əmək Müqaviləsi Bildirişi üzrə EİS-ə 9 milyon 885 min dəfə müraciət edilib

27 Oktyabr 2017 16:35

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə istifadəyə verildiyi 2014-cü ilin iyul ayından bəri 9 885 100 dəfə müraciət edilib. Ümumilikdə ötən dövrdə “Elektron hökumət” portalına ümumi müraciətlərin (56 463 000 müraciət) 17,5 faizi məhz həmin sistemin payına düşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, qurumun “Elektron hökumət” portalı üzərindən ümumilikdə 30-a yaxın e-xidməti əhalinin istifadəsindədir və cari ilin 9 ayı ərzində portala edilən müraciətlərin (17 555 749 müraciət) 40 faizə yaxını (7 006 756 müraciət) nazirliyin e-xidmətlərinə yönəlib.

Bu qanun layihəsi ikinci dəfə MM-in plenar iclasına tövsiyə olundu

27 Oktyabr 2017 16:24

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihəsi müzakirə olunub.