BMU da Əjdər Ağayevin 80 illik yubileyi keçirilib
Bakı Mühəndislik Universitetinin Pedaqogika Kafedrasının professoru, Azərbaycan Respubilkası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar müəllim Əjdər Ağayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, yubiley tədbiri Əjdər Ağayevin həyatından bəhs edən filmin izlənilməsi ilə başlayıb. Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov tədbir iştirakçılarını salamlayıb və yubilyar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, professor ömrünün 60 ilini Azərbaycan elminə, pedaqogikanın inkişafına həsr edib. Əjdər Ağayev 50 nəfərdən çox elmlər doktoru və fəlsəfə doktoru yetişdirib. 500-dən çox elmi əsərin, 40-dan çox kitabın müəllifidir.
27 Oktyabr 2017 17:37 SosialBakı Mühəndislik Universitetinin Pedaqogika Kafedrasının professoru, Azərbaycan Respubilkası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar müəllim Əjdər Ağayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, yubiley tədbiri Əjdər Ağayevin həyatından bəhs edən filmin izlənilməsi ilə başlayıb. Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov tədbir iştirakçılarını salamlayıb və yubilyar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, professor ömrünün 60 ilini Azərbaycan elminə, pedaqogikanın inkişafına həsr edib. Əjdər Ağayev 50 nəfərdən çox elmlər doktoru və fəlsəfə doktoru yetişdirib. 500-dən çox elmi əsərin, 40-dan çox kitabın müəllifidir.
AMEA-nın Mexanika-Riyaziyyat İnstitutunun direktoru Misir Mərdənov Əjdər Ağayevi təbrik edib. 1998-ci il 25 sentyabrda Ümummilli liderimiz Heydər Əliyevində iştirak etdiyi müəllimlərin ilk respublika konfransından və Təhsil şurasının yaranmasından, Əjdər Ağayevin Təhsil şurasına sədr seçilməsindən danışıb.
Yubley tədbiri BMU-nun tələbələrinin ifasında Əjdər Ağayevin şeirləri və mahnıları ilə davam edib.