Bakıda ilk dəfə I Azərbaycan- Alman Radioloji və Neyroradioloji Simpoziumu keçiriləcək

Cari ilin 4 noyabr tarixində Azərbaycanda tibbin və xüsusi ilə də Radiologiya sahəsinin inkişafına dəstək məqsədi ilə Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasının xüsusi dəstəyi ilə Bakıda ilk dəfə I Azərbaycan- Alman Radioloji və Neyroradioloji Simpoziumu keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, tədbirə Almaniyadan Köln və Aachen Universitet klinikalarından qatılan qonaqlar, Tibb elmləri doktoru Nuran Abdullayev, Tibb Elmləri doktoru Volker Maus və Professor Anastasios Mpotsaris, diaqnostik metodlarda son yeniliklərdən söhbət açmaqla yanaşı Azərbaycanda qurulmasına böyük ehtiyac olan STROKE mərkəzi haqqında danışacaqlar.

Cari ilin 4 noyabr tarixində Azərbaycanda tibbin və xüsusi ilə də Radiologiya sahəsinin inkişafına dəstək məqsədi ilə Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasının xüsusi dəstəyi ilə Bakıda ilk dəfə I Azərbaycan- Alman Radioloji və Neyroradioloji Simpoziumu keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, tədbirə Almaniyadan Köln və Aachen Universitet klinikalarından qatılan qonaqlar, Tibb elmləri doktoru Nuran Abdullayev, Tibb Elmləri doktoru Volker Maus və Professor Anastasios Mpotsaris, diaqnostik metodlarda son yeniliklərdən söhbət açmaqla yanaşı Azərbaycanda qurulmasına böyük ehtiyac olan STROKE mərkəzi haqqında danışacaqlar.

Bundan əlavə tədbirdə beyin anevrizmalarında ən son neyroradioloji invaziv müalicə metodlarından söhbət açılacaq. Tədbirdə yerli həkimlərin də şəxsi təcrübələrinə dair cıxışınlara yer veriləcək və eyni zamanda Dr. Ruslan Əliyev və Dr. Coşqun Məmmədovun keçirdikləri invaziv əməliyyatlər müzakirə ediləcək.

Tədbir, 4 Noyabr saat 10:00-da, Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasının akt zalında keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31