Sosial

Yük avtomobili qatarla toqquşdu - BAKIDA

28 Oktyabr 2017 08:14

Bakıda yük avtomobili qatarla toqquşub. Yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb. Məhəmmədi qəsəbəsində 62 yaşlı Quliyev Vaqif Əsədağa oğlu idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə dəmir yol xəttində hərəkətdə olan qatarı gözləməyib.

Müştəriləri aldadanları yeni cəza gözləyir - Azərbaycanda

28 Oktyabr 2017 08:08

Cinayət Məcəlləsinin 200-cü maddəsinə (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) azadlığın məhdudlaşdırılması əlavə edilib. Dəyişikliyə görə, 200.3-cü maddənin sanksiyasında "üç" sözü "iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki" sözləri ilə əvəz edilib.

Pambıqçıları daşıyan avtobus çaya aşdı: Onlarla yaralı var 

27 Oktyabr 2017 20:53

Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində pambıqçıları daşıyan avtobus çaya aşıb. Hadisə nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Onlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Laçında Dövlət Dili siyasətinə dair tədbir keçirilib

27 Oktyabr 2017 20:34

Fondunun təşkilatçılığı ilə Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyevanın ictimaiyyət nümayəndələri ilə görüşü keçirilib. Olaylar bildirir ki, rayon Təhsil Şöbəsinin inzibati binasında keçirilən tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Cabir Əvəzzadə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

“Müasir beynəlxalq münasibətlərdə multikultural cəmiyyət” mövzusunda dəyirmi masa 

27 Oktyabr 2017 19:42

Dillər Universitetində universitetin Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində “Müasir beynəlxalq münasibətlərdə multikultural cəmiyyət” mövzusunda dəyirmi masa keçirilib. Kafedra müdiri, siyasi elmlər doktoru, dosent Aidə Yusifzadə müasir Azərbaycanda multikulturalizmin dövlət siyasətində mühüm rol oynadığını bildirib. Multikultural cəmiyyətin ölkəmizdə qədim dövrlərdən yarandığını qeyd edən A.Yusifzadə onun dövlətimizin milli-mənəvi və ümumbəşəri dəyərlərini əks etdirən ardıcıl bir siyasət olduğunu vurğulayıb. 

“Dilçiliyə giriş” kitabı təqdim edildi

27 Oktyabr 2017 19:30

Azərbaycan Dillər Universitetinin Auditoriya+ şöbəsinin təşkilatçılığı ilə universitetin Ümumi dilçilik kafedrasının professoru, Eksperimental fonetika və tətbiqi dilçilik elmi-tədqiqat laboratoriyasının müdiri Fəxrəddin Veysəllinin “Dilçiliyə giriş” kitabının təqdimat mərasimi keçirilib. Açılış nitqi ilə çıxış edən Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədov Dilçiliyə giriş fənninin Azərbaycan, rus və ingilis dillərində tədris olunduğunu qeyd edib. O, həmin fənnin əhəmiyyətindən danışaraq onun dilçiliyin öyrənilməsində böyük rol oynadığını bildirib.

Süni göllərdə  ekoloji keyfiyyətə malik üç növ balıq yetişdirilib

27 Oktyabr 2017 19:05

AMEA-nın Zoologiya İnstitutu ölkəmizdə ekoloji təmiz məhsulların alınması istiqamətində apardığı eksperimentlər üzrə uğurlu nəticələr əldə edib. İnstitutun Mingəçevir Elmi Təcrübə Dayaq Məntəqəsində aparılan tədqiqatlar nəticəsində ərazidəki göllərdə təbii şəraitə maksimum uyğunlaşdırılmış, parazitoloji analizdən keçirilmiş və yüksək ekoloji keyfiyyətə malik üç növ balıq yetişdirilib. Göllərdə naxa balığının da süni çoxaldılmasına başlanılıb.

Barama Mərkəzinin “Media ilə Elm” müsabiqəsinə sən də qoşul

27 Oktyabr 2017 18:35

Azercell  və PAŞA Bankın dəstəyi ilə Bakı Dövlət Universitetində yerləşən, tələbələrin özünü inkişaf laboratoriyası Barama Media Mərkəzi gənclik üçün möhtəşəm şans  olan "Science via Media" layihəsinə  start verir! "Science via Media" layihəsi yarış formatında baş tutacaq və layihə elmi  izahların media dilində topluma çatdırılmasıyla  gənclərin elmə, təhsil, özünü inkişafa olan maraqlarını artırmağı hədəfləyir. 30 Sentyabrdan etibarən 1 ay 15 gün ərzində iştirakçı qəbulu davam edəcək, növbəti 10 günlükdə isə səsvermə ilə qiymətləndirmə keçiriləcəkdir.

Vəfa Dadaşova 7 ildən sonra polis tərəfindən “zorlandığını” xatırlayıb

27 Oktyabr 2017 18:24

Qarşı cinsin nümayəndələri ilə öncə dostluq münasibəti quran, bu “səmimiyyət”dən istifadə edərək şantaj yolunu seçən, sosial şəbəkələrdə, mətbuatda, qohumlar arasında barələrində rüsvayedici məlumatlar yayacağı ilə onları hədələyən qadın sonda qazdığı quyuya özü düşüb. Təcavüzə uğradığını, zorakılığa məruz qaldığını iddia etsə də, hüquq-mühafizə orqanlarına şikayət etməməsi, qadınlıq ləyaqətinin tapdalanmasının 7 ildən sonra yadına düşməsi isə müəmma doğurur.

DTX-nin antiterror əməliyyatları davam edir – daha 4 nəfər saxlanıldı

27 Oktyabr 2017 18:08

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə intensiv antiterror tədbirləri davam edir. DTX-nin İctimai Əlaqələr Şöbəsindən  verilən məlumata görə, 2017-ci il oktyabrın 27-də radikal-dini ekstremist cinayətkar birliyin üzvləri, Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşları Əliyev Həsrət Əlihüseyn oğlu, Nəsrullayev Emil Rövşən oğlu, Dadaşov Elşad Hüseynağa oğlu və Eynalov Zaur Talıb oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.