“Dilçiliyə giriş” kitabı təqdim edildi

Azərbaycan Dillər Universitetinin Auditoriya+ şöbəsinin təşkilatçılığı ilə universitetin Ümumi dilçilik kafedrasının professoru, Eksperimental fonetika və tətbiqi dilçilik elmi-tədqiqat laboratoriyasının müdiri Fəxrəddin Veysəllinin “Dilçiliyə giriş” kitabının təqdimat mərasimi keçirilib. Açılış nitqi ilə çıxış edən Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədov Dilçiliyə giriş fənninin Azərbaycan, rus və ingilis dillərində tədris olunduğunu qeyd edib. O, həmin fənnin əhəmiyyətindən danışaraq onun dilçiliyin öyrənilməsində böyük rol oynadığını bildirib.

Azərbaycan Dillər Universitetinin Auditoriya+ şöbəsinin təşkilatçılığı ilə universitetin Ümumi dilçilik kafedrasının professoru, Eksperimental fonetika və tətbiqi dilçilik elmi-tədqiqat laboratoriyasının müdiri Fəxrəddin Veysəllinin "Dilçiliyə giriş" kitabının təqdimat mərasimi keçirilib.

Açılış nitqi ilə çıxış edən Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədov Dilçiliyə giriş fənninin Azərbaycan, rus və ingilis dillərində tədris olunduğunu qeyd edib. O, həmin fənnin əhəmiyyətindən danışaraq onun dilçiliyin öyrənilməsində böyük rol oynadığını bildirib.

Kitabın müəllifi F.Veysəlli iştirakçıları salamlayıb və onlara tədbirə qatıldıqları üçün təşəkkür edib. Daha sonra "Dilçiliyə giriş" kitabı haqqında məlumat verən professor müəllifi olduğu dərs vəsaitinin xüsusiyyətləri, müraciət etdiyi mövzulardan söz açıb. O, qeyd edib ki, kitabı hazırlayarkən dünya dilçilik irsinin Azərbaycana gətirilməsi, azərbaycanlı tələbələri elmin yeni nailiyyətləri ilə tanış etmək, onlara dilçiliyin əsaslarını çatdırmaq, eyni zamanda nəzəriyyə ilə təcrübəni əlaqələndirmək məqsədlərini ön plana çıxarıb. F.Veysəllinin sözlərinə görə, 20 fəsildən ibarət olan kitabda müasir dilçiliyin problemlərinin həlli araşdırılıb, həmçinin kitaba 100 test tapşırığı əlavə olunub.

Digər çıxışçılar "Dilçiliyə giriş" kitabını dilə geniş nəzəri müddəalar gətirən, dilçilik elmini ictimaiyyətə çatdıran, tələbələr və tədqiqatçılar üçün çox böyük təcrübi əhəmiyyətə malik olan, dilə insan nöqteyi-nəzərindən yanaşan təqdirəlayiq bir dərs vəsaiti kimi qiymətləndiriblər. Onlar müəllifə yaradıcılığında uğurlar arzulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31