Yük avtomobili qatarla toqquşdu - BAKIDA
Bakıda yük avtomobili qatarla toqquşub. Yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb. Məhəmmədi qəsəbəsində 62 yaşlı Quliyev Vaqif Əsədağa oğlu idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə dəmir yol xəttində hərəkətdə olan qatarı gözləməyib.
28 Oktyabr 2017 08:14 SosialBakıda yük avtomobili qatarla toqquşub. Yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.
Məhəmmədi qəsəbəsində 62 yaşlı Quliyev Vaqif Əsədağa oğlu idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə dəmir yol xəttində hərəkətdə olan qatarı gözləməyib. Nəticədə qatar yük avtomobilinə çırpılıb.
Hadisə zamanı sürücü V. Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31