“Müasir beynəlxalq münasibətlərdə multikultural cəmiyyət” mövzusunda dəyirmi masa 

Dillər Universitetində universitetin Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində “Müasir beynəlxalq münasibətlərdə multikultural cəmiyyət” mövzusunda dəyirmi masa keçirilib. Kafedra müdiri, siyasi elmlər doktoru, dosent Aidə Yusifzadə müasir Azərbaycanda multikulturalizmin dövlət siyasətində mühüm rol oynadığını bildirib. Multikultural cəmiyyətin ölkəmizdə qədim dövrlərdən yarandığını qeyd edən A.Yusifzadə onun dövlətimizin milli-mənəvi və ümumbəşəri dəyərlərini əks etdirən ardıcıl bir siyasət olduğunu vurğulayıb. 

Dillər Universitetində universitetin Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində "Müasir beynəlxalq münasibətlərdə multikultural cəmiyyət" mövzusunda dəyirmi masa keçirilib.

Kafedra müdiri, siyasi elmlər doktoru, dosent Aidə Yusifzadə müasir Azərbaycanda multikulturalizmin dövlət siyasətində mühüm rol oynadığını bildirib. Multikultural cəmiyyətin ölkəmizdə qədim dövrlərdən yarandığını qeyd edən A.Yusifzadə onun dövlətimizin milli-mənəvi və ümumbəşəri dəyərlərini əks etdirən ardıcıl bir siyasət olduğunu vurğulayıb. 

Həmin kafedranın müəllimi Aysel Bağırova multikulturalizm anlayışı, onun yaranması, dünya və Azərbaycanda inkişafı, modelləri və komponentləri, eyni zamanda multikultural cəmiyyətdə gender bərabərliyi, mədəni dəyərlər haqqında təqdimatla çıxış edib. 

Daha sonra kafedranın baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Mehriban Babaxanova "Multikultural cəmiyyətdə hüquqi təminatlar" mövzusunda təqdimatla çıxış edib. O, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüquq və azadlıqlar və digər məsələlərdən söz açıb.

Dəyirmi masada tələbələr tərəfindən müxtəlif regionlara xas multikultural dəyərlər barədə məlumat verilib, eyni zamanda tələbələr arasında multikulturalizm və tolerantlıqla bağlı keçirilən sorğunun video görüntüsü təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31