Pambıqçıları daşıyan avtobus çaya aşdı: Onlarla yaralı var 

Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində pambıqçıları daşıyan avtobus çaya aşıb. Hadisə nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Onlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində pambıqçıları daşıyan avtobus çaya aşıb.

Hadisə nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Onlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bildirilir ki, "İsuzu" markalı avtobus Kürək çayı üzərindəki körpüyə qalxmaq istəyərkən idarəetməni itirib.

Faktla bağlı araşdırma aparılır. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31