Cocuq Mərcanlıda gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib
Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində Cəbrayıl və Füzuli rayonlarından olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev, ictimaiyyət nümayəndələri, Qarabağ Müharibəsi veteranları, çağırışçılar və onların valideynləri iştirak ediblər.
27 Oktyabr 2017 17:30 SosialCəbrayıl rayonu Cocuq Mərcanlı kəndində Cəbrayıl və Füzuli rayonlarından olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev, ictimaiyyət nümayəndələri, Qarabağ Müharibəsi veteranları, çağırışçılar və onların valideynləri iştirak ediblər.
Tədbirdə çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov hərbi xidmətə yola düşən gənclərə vətən qarşısında müqəddəs vəzifələrini layiqincə icra etməyi arzulayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov çıxışında çağırışçıların Cocuq Mərcanlı kəndindən həqiqi hərbi xidmətə yola salınmasının böyük əhəmiyyət daşıdığını bildirib.
Daha sonra çıxış edən Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, müharibə veteranları, çağırışçılar və onların valideynləri gənclərə hərbi xidmətdə uğur arzulayıblar.