Gəmiçilik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər heyəti ilə Rusiya Federasiyasının Birləşmiş Gəmiqayırma Korporasiyasının nümayəndələri arasında işgüzar görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüş zamanı qonaqlar təmsil etdikləri şirkət haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Korporasiyanın nəzdində fəaliyyət göstərən və Rusiyanın ən qədim gəmiqayırma müəssisələrindən olan “Krasnoye Sormovo” zavodunun əsası 1849-cu ildə qoyulub və bu müddət ərzində dünyada analoqu olmayan gəmilər tikməklə Rusiya hüdudlarından kənarda belə şöhrət qazana bilib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və “Krasnoye Sormovo” zavodunun da daxil olduğu Birləşmiş Gəmiqayırma Korporasiyasının (BGK) marketinq və satış departamentinin direktoru Dmitriy Pryaxin əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. İkitərəfli əlaqələrin perspektivləri müzakirə olunub.
27 Oktyabr 2017 17:32 Sosial"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəhbər heyəti ilə Rusiya Federasiyasının Birləşmiş Gəmiqayırma Korporasiyasının nümayəndələri arasında işgüzar görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüş zamanı qonaqlar təmsil etdikləri şirkət haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Korporasiyanın nəzdində fəaliyyət göstərən və Rusiyanın ən qədim gəmiqayırma müəssisələrindən olan "Krasnoye Sormovo" zavodunun əsası 1849-cu ildə qoyulub və bu müddət ərzində dünyada analoqu olmayan gəmilər tikməklə Rusiya hüdudlarından kənarda belə şöhrət qazana bilib. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev və "Krasnoye Sormovo" zavodunun da daxil olduğu Birləşmiş Gəmiqayırma Korporasiyasının (BGK) marketinq və satış departamentinin direktoru Dmitriy Pryaxin əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. İkitərəfli əlaqələrin perspektivləri müzakirə olunub. Tədbirdə "Krasnoye Sormovo" zavodunda reallaşdırılan son layihələrin təqdimatı da olub. Rusiya çaylarında kruiz sahəsində istimar ediləcək yeni sərnişin gəmisi haqqında ətraflı məlumat verilib. BGK-nin nümayəndələri Xəzərdə istismar ediləcək sərnişin gəmiləri haqqında da danışıblar. Gəmiçiliyin sədri bildirib ki, hazırda Azərbaycan da bu sahədə məsələni hərtərəfli araşdırır.