Sosial

İran-İraq sərhədindəki güclü zəlzələ Azərbaycanda da hiss olunub - Ölü sayı artır - VİDEO

13 Noyabr 2017 11:32

İran-İraq sərhədində baş verən güclü zəlzələ naxçıvanda və cənub bölgəsində hiss olunub. Məlumata görə, zəlzələ 22:23-də qeydə alınıb. Zəlzələ əsasən Lənkəran və Astara rayonları ərazisində təqribən 4 bal gündə hiss olunub. Dağıntı və təlafat barədə məlumat yoxdur. Yeraltı təkanlar təxminən 45 saniyə davam edib.

Ağstafada 4 yeni avtomobil körpüsü inşa edilib

13 Noyabr 2017 11:29

Azərbaycan Höküməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış sazişə əsasən Ağstafa rayonu ərazisində 4 körpünün tikintisi ilə bağlı işlər yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. “OLAYLAR”-ın “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 körpü inşa olunub. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində yerləşir.

BNA daha bir küçədə hərəkətin təşkili ilə bağlı təklif verdi

13 Noyabr 2017 11:28

Fəzail Bayramov və Yusif Səfərov küçələrini birləşdirən iki istiqamətli, 4 zolaqlı yolda aparılan təhlillər nəticəsində müəyyən çatışmazlığın olduğu müəyyən edilib. “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan əhalinin şəhər mərkəzinə gedərkən Yusif Səfərov küçəsinə çıxmaq üçün yeni salınmış yoldan istifadə edə bilmir. Bu səbəbdən, hazırda alternativ olaraq Yusif Səfərov küçəsinə çıxmaq üçün Babək və Xocalı prospektlərindən istifadə edilir ki, bu da günün pik vaxtlarında adıçəkilən hər iki prospektdə nəqliyyat yükünü əhəmiyyətli dərəcədə artırır. 

"Heydər Əliyev və Azərbaycan tarixi" IV ümumrespublika bilik yarışı keçirilib

13 Noyabr 2017 11:26

Heydər Əliyev Mərkəzinbdə "Heydər Əliyev və Azərbaycan tarixi" IV ümumrespublika bilik yarışı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, yarışda ənənəvi olaraq ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr səviyyələri üzrə əyani təhsil alan tələbələr iştirak ediblər. Budəfəki müsabiqədə 44 ali məktəbin komandası mübarizə aparıb. Yarışda ilk dəfə iştirak edən komandalar da olub. Bu il də müsabiqəyə hazırlıq məqsədilə 20 oktyabr - 1 noyabr tarixlərində komandaların Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub. Tələbələr Mərkəzdəki Heydər Əliyev Muzeyində ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edib, burada toplanmış arxiv materialları əsasında araşdırma aparıblar.

“Həzi Aslanov” stansiyasında eskalator təmirə dayanır

13 Noyabr 2017 11:25

"Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator noyabr ayının 14-də əsaslı təmirə dayandırılacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən daxil olub.

Media və incəsənət nümayəndələri arasında turnir keçiriləcək

13 Noyabr 2017 11:24

Gənclər və İdman Nazirliyi və BrendSport.az saytının təşkilatçılğı ilə Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə və “Qarabağ” futbol klubunun Avropa arenasında əldə etdiyi nailiyyətələrə dəstək olaraq media əməkdaşları və incəsənət nümayəndələri arasında mini futbol turniri – “Qarabağ” kuboku təşkil olunacaq. “OLAYLAR”-a daxil olan məlumata görə, turnir Şağan Olimpiya İdman Kompleksində üç gün (17-19 noyabr tarixlərində) davam edəcək. Komanda şəklində turnirdə iştirak etmək istəyən media nümayəndələri qurumları noyabr ayının 14-ü saat 16:00-a kimi təşkilat komitəsinə məlumat vermədirlər.

Fənn müsabiqələri keçirilib

13 Noyabr 2017 11:20

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin birinci mərhələsi keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsinə Bakı şəhəri üzrə 8623 şagird qatılıb.

Millət vəkilinin təşəbbüsü ilə əhaliyə tibbi yardım göstərilib

13 Noyabr 2017 11:19

99 saylı Şəmkir kənd Seçki Dairəsindən seçicilərin müraciəti əsasında millət vəkili Sona Əliyevanın təşəbbüsü ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Şəmkir rayonunda Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə əhaliyə tibbi yardım göstərib.

Ölkəmiz və dövlətimizlə fəxr etməyə dəyər

13 Noyabr 2017 11:17

“Dünən Lənkaranda təqribən 4 bal gücündə qeydə alınan zəlzələnin episentri bilirsinizmi haradaymış? İranla İraqın sərhəddində. Oradakı 7,4 ballıq zəlzələ Azərbaycanın bir hissəsində də özünü hiss etdirib. Hə, Yaxın Şərq adlandırılan regionun bizə doğrudan da çox yaxınmış”.

Şamaxıdan Bakıya qaçırılan qız özünü binadan atdı

13 Noyabr 2017 09:45

Şamaxı şəhər sakini Bakıda intihar edib. Şəhər sakini, 1995-ci il təvəllüdlü Xalidə Elşən qızı Kərimova çoxmərtəbəli binanın 11-ci mərtəbəsindən özünü ataraq intihar edib.

“Türkologiya” jurnalının beynəlxalq uğuru

13 Noyabr 2017 09:30

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalı oktyabr ayında növbəti dəfə beynəlxalq uğur qazanıb. Jurnal SAJI (Scholar Article Journal Index) beynəlxalq indeksləşdirmə təşkilatı tərəfindən impakt faktor statusu qazanıb. Bununla bağlı Olaylar.az- a məlumat verən jurnalın məsul katibi Elçin İbrahimov bildirib ki, “Türk dünyasının köklü və nüfuzlu elmi jurnallarından olan “Türkologiya” jurnalının məqsədi türkologiya elminin tarixinə və aktual problemlərinə, türk xalqlarının dillərinə, ədəbi və mədəni zənginliklərinə, türk dillərinin müasir vəziyyətinə dair Azərbaycan, türk, rus və ingilis dillərində yazılmış məqalələri səhifələrində əks etdirməkdir.