“Həzi Aslanov” stansiyasında eskalator təmirə dayanır
"Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator noyabr ayının 14-də əsaslı təmirə dayandırılacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən daxil olub.
13 Noyabr 2017 11:25 Sosial"Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator noyabr ayının 14-də əsaslı təmirə dayandırılacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, eskalatorun təmiri, istismar qaydalarına uyğun olaraq, qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün aparılacaq. Təmirin gələn ilin fevral ayında başa çatdırılması və təhvil-təslim işlərindən sonra eskalatorun yenidən istismara verilməsi nəzərdə tutulub. Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.