Ölkəmiz və dövlətimizlə fəxr etməyə dəyər
“Dünən Lənkaranda təqribən 4 bal gücündə qeydə alınan zəlzələnin episentri bilirsinizmi haradaymış? İranla İraqın sərhəddində. Oradakı 7,4 ballıq zəlzələ Azərbaycanın bir hissəsində də özünü hiss etdirib. Hə, Yaxın Şərq adlandırılan regionun bizə doğrudan da çox yaxınmış”.
13 Noyabr 2017 11:17 Sosial"Dünən Lənkaranda təqribən 4 bal gücündə qeydə alınan zəlzələnin episentri bilirsinizmi haradaymış? İranla İraqın sərhəddində. Oradakı 7,4 ballıq zəlzələ Azərbaycanın bir hissəsində də özünü hiss etdirib. Hə, Yaxın Şərq adlandırılan regionun bizə doğrudan da çox yaxınmış". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib: "Zəlzələ əslində nədir, xaos. Yaxın Şərqdə baş verən proseslərin də xaos xarakteri daşıdığı gərək ki, kimsəyə sirr deyil. Demək, oradakı xaosun bura təsir etməsinin qarşısnı almaq elə də asan məsələ olmamalıdır. İraq-İran sərhəddində baş verən zəlzələ sayağı o da özünü burada hiss etdirə bilərdi.
Əslində Yaxın Şərqə xaos toxumu səpənlərin planları da bu idi. Ancaq plan baş tutmadı. Çünki qarşısı alındı, həm də çox böyük qətiyyət və ustalıqla alındı. Sözümün canı odur ki, belə bir narahat regionun qonşuluğunda bizim rahat yaşamamız heç də elə-belə deyil. Bu, orada baş verən zəlzələnin təsirini sıfıra endirmək kimi bir şeydir. Elə bir buna görə ölkəmiz və dövlətimizlə fəxr etməyə dəyər".