"Heydər Əliyev və Azərbaycan tarixi" IV ümumrespublika bilik yarışı keçirilib
Heydər Əliyev Mərkəzinbdə "Heydər Əliyev və Azərbaycan tarixi" IV ümumrespublika bilik yarışı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, yarışda ənənəvi olaraq ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr səviyyələri üzrə əyani təhsil alan tələbələr iştirak ediblər. Budəfəki müsabiqədə 44 ali məktəbin komandası mübarizə aparıb. Yarışda ilk dəfə iştirak edən komandalar da olub. Bu il də müsabiqəyə hazırlıq məqsədilə 20 oktyabr - 1 noyabr tarixlərində komandaların Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub. Tələbələr Mərkəzdəki Heydər Əliyev Muzeyində ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edib, burada toplanmış arxiv materialları əsasında araşdırma aparıblar.
13 Noyabr 2017 11:26 SosialHeydər Əliyev Mərkəzinbdə "Heydər Əliyev və Azərbaycan tarixi" IV ümumrespublika bilik yarışı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, yarışda ənənəvi olaraq ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr səviyyələri üzrə əyani təhsil alan tələbələr iştirak ediblər. Budəfəki müsabiqədə 44 ali məktəbin komandası mübarizə aparıb. Yarışda ilk dəfə iştirak edən komandalar da olub. Bu il də müsabiqəyə hazırlıq məqsədilə 20 oktyabr - 1 noyabr tarixlərində komandaların Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub. Tələbələr Mərkəzdəki Heydər Əliyev Muzeyində ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edib, burada toplanmış arxiv materialları əsasında araşdırma aparıblar.
Qalib komandalar turlar üzrə qazanılmış xalların cəminə görə müəyyən edilib. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası 35 xalla 1-ci, Azərbaycan Dövlət Aqrar Universiteti 34 xalla 2-ci, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası 33 xalla 3-cü yeri qazanıb. Qalib komandalar mükafatlandırılıb.