Millət vəkilinin təşəbbüsü ilə əhaliyə tibbi yardım göstərilib
99 saylı Şəmkir kənd Seçki Dairəsindən seçicilərin müraciəti əsasında millət vəkili Sona Əliyevanın təşəbbüsü ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Şəmkir rayonunda Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə əhaliyə tibbi yardım göstərib.
13 Noyabr 2017 11:19 Sosial99 saylı Şəmkir kənd Seçki Dairəsindən seçicilərin müraciəti əsasında millət vəkili Sona Əliyevanın təşəbbüsü ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Şəmkir rayonunda Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə əhaliyə tibbi yardım göstərib. "OLAYLAR"-ın xəbərinə görə, aksiya zamanı, ümumilikdə, 209 nəfər müayinə edilib, 20 nəfər əməliyyat edilib, 10-a yaxın seçicinin isə Milli Oftalmologiya Mərkəzində əməliyyat olunması üçün işlərə başlanılıb. Müayinə və əməliyyatlardan əlavə vətəndşlar üçün maarifləndirici aksiya da keçirilib. Aksiyada göz xəstəlikləri, xəstəliklərin əlamətləri, xəstəliklərə qarşı görülməli olan ilkin tədbirlər haqqında itirakçılara məlumat verilib. Millət vəkili, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Sona Əliyeva şəhid ailələri, müharibə veteranları, onların ailələri və aztəminatlı ailələr- ümumilikdə əhalinin həssas hissəsi üçün bu cür tədbir və aksiyaların keçirilməsinin əhəmiyyətli olduğunu qeyd edib, bu insanlara daim diqqət və qayğı göstərilməsinin vacibliyini vurğulayıb. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva tədbirin keçirilməsində əsas məqsədin dünyanın mübarizə apardığı korluğun qarşısının alınması prosesində fəal iştirak etmək olduğunu bildirib.