Sosial
Komitə sədri: “Yerli icra hakimiyyətləri bələdiyyələrin fəaliyyətini məhdudlaşdırır”
“Dotasiya ilə bərabarər bələdiyyələrə subvensiya verilməlidir. Mən keçən dəfə də bu məsələni qaldırdım. Amma heç bir nəticə yoxdur. Mən başa düşmürəm bu laqeydlikdir yoxsa özlərini çətinliyə vermək istəmirlər?” “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisdə 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
Səhiyyə Nazirliyinin zavodu qiymətli kağızlar bazarına daxil olmağa hazırlaşır
Səhiyyə Nazirliyi yanında Tibb Texnikasının Təmiri və Quraşdırma Baza Zavodu “Tibb Texnikasının Təmiri Zavodu” ASC-yə çevrilib. Onun sözlərinə görə, yeni müəssisənin nizamnamə kapitalı 1,85 mln. manat təşkil edəcək: “Dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 925 min ədəd səhm buraxılacaq".
Arvadını və körpəsini xilas etdi, özü diri-diri yandı - Müəllimin faciəsi - VİDEO
Noyabrın 11-də Abşeron rayonu Masazır qəsəbəsində yerləşən ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 3 otaqlı evdə gecə saatlarında yanğın baş verib. Həmin dəqiqələrdə evdə olan ailə üzvləri tüstünü hiss edərək, yuxudan oyanıbılar. Evin sahibi Əlibəndə Əliyev həyat yoldaşını və 2 azyaşlı uşağını evdən çıxartmağa nail olub. Özü isə tüstüdən huşunu itirərək yıxılıb. Qonşular kömək etmək istəsələr də, güclü alov içəri girməyə imkan verməyib. Yalnız Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadasının hadisəyə müdaxiləsindən sonra alov söndürülüb.
Seysmoloq: "İraq-İran sərhədində baş verən zəlzələ regionda son illərin ən güclü təbii fəlakəti olub"
"İraq-İran sərhədi yaxınlığında baş verən zəlzələ regionda son illərin ən güclü təbii fəlakəti olub". Bunu Sauthempton Universitetinin (Böyük Britaniya) seysmoloqu Stiven Hiks deyib.
Amerikaya köçən azərbaycanlı jurnalist qabyuyan işləyir - FOTO
Tikintidə çalışanların əmək haqqı azalıb
2017-ci ilin yanvar-sentyabr aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 102,9 min nəfər təşkil edib.“Olaylar” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, onların 53,0 min nəfəri binaların tikintisində, 24,9 min nəfəri mülki təyinatlı inşaat işlərində, 25,0 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb.
Yük maşınında qumbara tapılıb
Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin yük şöbəsində İrandan daxil olan yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib. “Olaylar” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı Azərbaycan vətəndaşı Həşimov Əkbərağa Maşalla oğlunun idarə etdiyi “Kamaz” markalı, 44BM570/44ZA357 nömrəli həmin nəqliyyat vasitəsinin kabinəsində, arxa hissədə yataq üçün nəzərdə tutulmuş döşəyin altında döyüş sursatı hesab edilən “F-1” markalı, müdafiə təyinatlı 1 ədəd əl qumbarası aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Gələn il 33 rayon büdcəsini öz gəlirləri hesabına formalaşdıracaq
“2018-ci il büdcəsi hazırlanan zaman hər hansı qaranlıq məqamlara yer qoyulmayıb”. “Olaylar” xəbər verir ki, bunu parlamentin vitse-spikeri, insan haqqları komitəsinin sədri Bahar Muradova 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, 2018-ci ilin büdcə zərfi 2016-2017-ci ilin inkişaf istiqamətləri, beynəlxalq miqyasdakı risqlər nəzərə alınaraq hazırlanıb. Büdcə zərfi respublikanın regionlarının tarazlıq inkişafi və yerli potensialı nəzərə alanaraq hazırlanıb.
Ərdoğan Ramil Quliyevdən danışıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan idmanda milliləşdirmənin əleyhinə olmadığını açıqlayıb. "NTV Spor"un qonağı olan dövlət başçısı bu praktikadan bütün dünyada istifadə edildiyini söyləyib. Onun fikrincə, milliləşdirməyə neqativ yanaşmaq faydalı deyil: "İngiltərə, Fransada əcnəbilər oynayır. Kaş ki, öz soyumuzdan olub, torpaqlarımızda yetişərdilər. Lakin bu olmursa və dünyanın bir gerçəyidirsə, buna mənfi baxmağın faydası olmaz".
Təhsil Nazirliyindən tətil günləri ilə bağlı AÇIQLAMA
Təhsil Nazirliyi məktəblilərin payız tətili günləri ilə bağlı açıqlama verib. Nazirlikdən verilən məlumata görə, 2017-2018-ci dərs ilinin ilk tətili - payız tətili 16-20 noyabr tarixlərində olacaq: "Şagirdlər noyabrın 16-da dərsə getməyəcəklər. Həmin gün tətilin ilk günü olacaq. Noyabrın 21-də isə dərs başlayır".
Dəmir yolunun Zazalı-Gəncə 8 km dəmir yolu əsaslı təmir olunur
Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsidavam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, bu gündən etibarən Dəmir yolunun Zazalı-Gəncə mənzilində 8 km yolun əsaslı təmirinə start verilib. Eyni zamanda 3 ədəd yoldəyişən qurğunun təzələnməsi həyata keçirilir. Təmir işləri beş gün davam edəcək. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivihəyata keçirir. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.
Tanınmış araşdırmaçı Türkiyədə mükafatlandırıldı
Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası İğdır Azərbaycan Evi tərəfindən araşdırmaçı-hüquqşunas, Hökməli bələdiyyəsinin sədr müavini Fərman Salmanlı “Təşəkkür” diplomu ilə mükafatlandırıb.
UNEC müəlliminin məqaləsi “Thomson Reuters”də
UNEC müəlliminin məqaləsi “Thomson Reuters”in “WEB of Science” bazasına daxil olan “Bilig” jurnalında dərc edilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki,dünyanın ən tanınmış elmi-analitik informasiya təminatçısı “Thomson Reuters”ə daxil olan “Transxəzər enerji əməkdaşlığının Türk Respublikaları üçün əhəmiyyəti” başlıqlı məqalənin müəllifi UNEC-in İqtisadiyyat və işlətmə kafedrasının müəllimi Araz Aslanlıdır.
"Qızımın bir yaşı var idi, mən o kişi ilə görüşürdüm" - Dostəliyevadan ŞOK AÇIQLAMA
ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişinin qonağı Nazpəri Dostəliyevanın özü kimi müğənni bacısı Zeynəb Dostəliyeva olub. Xanım müğənni ilk həyat yoldaşından boşanma səbəbindən danışıb: "Böyük qızım təzə olmuşdu. Qızımın 1 yaşı var idi, mən onunla görüşürdüm. Evləndik də. Bu, mənim ikinci evlilyim idi. Birinci alınmadı nə isə. Əmim oğlu idi, istəmirdim onu. Uşaq idim, məktəbdə oxuyurdum nişanladılar məni. Məktəbə getmişəm sevincək, konfet paylayıram uşaqlara. Üzüyü qızlara sevinə-sevinə göstərirdim. 5-ci sinifdə oxuyurdum o zaman. 5 il nişanlı qaldım. Əmim oğlu elə yaxşı insan idi, quzu da. Amma ağlım kəsəndən sonra anladım ki, mənə çəkinəcəyim bir insan lazımdır. O insan gözəl insan idi. Mən səhərlər duranda görürdüm ki, səhər yeməyini hazırlayırdı. Yavaş-yavaş qapını döyürdü ki, "Əmi qızı, dur gəl"".














