Gələn il 33 rayon büdcəsini öz gəlirləri hesabına formalaşdıracaq
“2018-ci il büdcəsi hazırlanan zaman hər hansı qaranlıq məqamlara yer qoyulmayıb”. “Olaylar” xəbər verir ki, bunu parlamentin vitse-spikeri, insan haqqları komitəsinin sədri Bahar Muradova 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, 2018-ci ilin büdcə zərfi 2016-2017-ci ilin inkişaf istiqamətləri, beynəlxalq miqyasdakı risqlər nəzərə alınaraq hazırlanıb. Büdcə zərfi respublikanın regionlarının tarazlıq inkişafi və yerli potensialı nəzərə alanaraq hazırlanıb.
13 Noyabr 2017 12:14 Sosial"2018-ci il büdcəsi hazırlanan zaman hər hansı qaranlıq məqamlara yer qoyulmayıb". "Olaylar" xəbər verir ki, bunu parlamentin vitse-spikeri, insan haqqları komitəsinin sədri Bahar Muradova 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, 2018-ci ilin büdcə zərfi 2016-2017-ci ilin inkişaf istiqamətləri, beynəlxalq miqyasdakı risqlər nəzərə alınaraq hazırlanıb. Büdcə zərfi respublikanın regionlarının tarazlıq inkişafi və yerli potensialı nəzərə alanaraq hazırlanıb. Vitse-spikeri deyib ki, növbəti ildə də 33 rayon büdcəsini öz gəlirləri hesabına formalaşdırılamsı nəzərdə tutulur: "Bu da göstərir ki, bir iqtisadi sahədə qarşımıza qoyduğumuz hədəflərə addım-addım nail olmağa çalışırıq". B. Muradova deyib ki, büdcə zərfi hazırlanarkən əsas prioritet kimi insan kapitalınən götürülməsidir və bununla bağlı məsələlər büdcədə konkret olaraq göstərilib. "Bu da 2018-ci il büdcəsinin sosialyönümlü olmasının göstəricisidir". Komitə sədri deyib ki, büdcədə insan hüquq və azadlıqlarının təmin olunması və bu sahənin inkişaf etdirilməsi ilə bağlı məsələlər də öz əksini tapıb: "Bu məqsədlə büdcədə konkret layihələrin və maliyyə vəsaityinin ayrılması büdcədə nzərdə tutulub. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində hüquq-mühafizə orqanları və ədliyyə orqanlarının maddi-texniki bazasının inkişaf etdirilməsi və yeni institutların yaradılması da nəzərdə tutulub. Və bu büdcədə bir prioritet kimi müəyyən edilib. Bir sözlə demək mümkünsə, büdcədə qaranlıq məqamlar üçün yer qalmayıb ki. O məsələni qaldırıb, o sahəyə diqqət ayrıasan".