Tanınmış araşdırmaçı Türkiyədə mükafatlandırıldı
Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası İğdır Azərbaycan Evi tərəfindən araşdırmaçı-hüquqşunas, Hökməli bələdiyyəsinin sədr müavini Fərman Salmanlı “Təşəkkür” diplomu ilə mükafatlandırıb.
13 Noyabr 2017 11:44 SosialTürkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası İğdır Azərbaycan Evi tərəfindən araşdırmaçı-hüquqşunas, Hökməli bələdiyyəsinin sədr müavini Fərman Salmanlı "Təşəkkür" diplomu ilə mükafatlandırıb. "OLAYLAR"-ın xəbərinə görə, Türkiyə Azərbaycan Dostluq Dərnəyinin (TAD) İqdır şöbəsinin sədri, pedaqoq, jurnalist, tədqiqatçı-yazıçı Serdar Ünsal bildirib ki, araşdırmaçı-hüquqşunas Fərman Salmanlı Türkiyə-Azərbaycan qardaşlığına verdiyi töhfələr görə "Təşəkürnamə" diplomu ilə təltif edilib. Sərdar Ünsal deyib ki, Fəman Salmanlının maraqlı araşdırmaları var və onun Türk dünyasının bələdiyyələri ilə bağlı yazılarını diqqətlə izləyir.