Sosial

Fazil Mustafa: “Bir milyon yarım vəsaitlə hansı büdcəyə gəlir gətirmək olar?”

13 Noyabr 2017 14:36

“Hər zaman hansısa bankın sağlamlaşdırılmasından söhbət gedir. Olsun. Bəs vətəndaşın sağlamlaşdırılması istiqamətində büdcədən nə qədər vəsait ayrılır? Rəqəm çox azdır” . “Olaylar” xəbər verir ki, deputat Fazil Mustafa qeyd edib ki, bu yaxınlarda prezident təqaüdçüsü olan aktyor Rasim Balayev iki dərmandan birini ala bilir: “Bu artıq vətəndaşın sağlamlaşdırılması baxımından vəziyyəti izah edir. Kino pul gətirən sahədir.

Deputat uşaqlar üçün müavinətlərin artırılmasını təklif edib

13 Noyabr 2017 14:35

“Hazırda ölkədə 4,6 min qaçqın və məcburi köçkün ailəsi qəzalı evlərdə yaşayır. 2018-ci ilin büdcə layihəsində onlar üçün 200 milyon manat Dövlət Neft Fondundan vəsait ayrılması nəzərdə tutulub. Həmçinin 42 milyon manat xarici kreditlər hesabına ayrılacaq. 42 milyon manat xarici krediti kim götürəcək, bu necə götürüləcək? Bu haqda məlumat verilməlidir”.

Elçin Hüseynbəyli yazır... Özgədə özünü görməli

13 Noyabr 2017 14:23

Məni ağrıdan bir məsələni sizinlə bölüşmək istəyirdim, dostlar. Amma bu ağrını azaldan, ona məlhəm qoya biləcək xəbər aldım. Həmin xəbəri bir azdan sizinlə paylaşacam. İndi isə qayıdaq məni (inanıram ki, həm də sizi) qayğılandıran məsələyə. “Tale adamları” deyilən bir ifadə var. Mən bunu tez-tez rastlaşdığım (rastlaşdığımız) kimsəsizlərlə, belə deyək, talesizlərlə bağlamaq istəyirəm. Onlara hər yerdə rast gəlmək olar: bağda, parkda, pilləkənlərdə, metroda, küçədə...

Zinaya təhrik edən əməllər hansılardır?

13 Noyabr 2017 14:21

Zina qədimdən bu günə qədər insan təfəkkürünün, əxlaq və hüquq normalarının və digər səmavi dinlərin tamamilə səhv və çirkin gördüyü bir davranış olub İslamda da böyük günahlardan sayılmışdır. Hz. Peyğəmbər (səs) bir Hədisi-Şərifində belə buyurur: “Kim mənə iki çənəsi arasındakı (dilini), bir də ismət və namusunu qorumağa söz verərsə, mən də ona cənnət sözü verərəm.” Başqa bir hədisdə zinanın ən qiymətli cövhər olan imana zərər verdiyi belə bildirilir: “İnsan zina etdiyi zaman iman ondan çıxar, üzərində bir kölgə kimi durar.

“Azadlıq” metrostansiyası üçün təhlükə yaranıb?

13 Noyabr 2017 14:19

Son illər paytaxtda artan tikinti işləri, çoxmərtəbəli binalarının sürətlə yayılması özü ilə müsbət məqamlarla yanaşı, mənfi fəsadlara da yol açıb. Belə ki, bəzi hallarda tikinti şirkətlərinin hündürmətəbəli binaların inşası zamanı tikinti normalarını pozması, tikintidə istifadə edilən materialların keyfiyyətsizliyi, yaxud bu prosesin baş plana uyğun aparılmaması bir sıra ciddi problemlər meydana gətirir. Ya istifadəyə verilən çoxmərtəbəli yaşayış binalarında bir müddət sonra fəsadlar ortaya çıxır, ya da mövcud normalar qorunmadığından, ona əməl edilmədiyindən tikinti yarımçıq saxlanılır.

Azərbaycan-Rusiya sərhədində xüsusi əməliyyat

13 Noyabr 2017 13:59

Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında “Sərhəd-sipər” əməliyyatlarına başlanıb. Genişmiqyaslı əməliyyatlar hüquq-mühafizə orqanları tərəfindən ölkənin şimal rayonlarında keçirilir. Bəzi ərazilərdə polis postları qurulub. Əməliyyatların noyabr ayının 19-dək davam etməsi planlaşdırılır.

İmişlidə Avropa İttifaqının dəstəyi ilə dəyirmi masa keçirilib - FOTOLAR

13 Noyabr 2017 13:48

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və Vətəndaşların Maraqlarının Müdafiəsi” layihəsi çərçivəsində 11 noyabr 2017-ci il tarixdə İmişli rayonunda Bələdiyyə - İcra hakimiyyəti və ictimai təşkilatlarla daha sıx əməkdaşlığın qurulması və birgə fəaliyyətlərin genişləndirilməsi məqsədi ilə yerli İcra hakimiyyəti - Bələdiyyə və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. 

İzmirdə Xəzər regionu ilə bağlı konfrans keçirildi

13 Noyabr 2017 13:45

Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən  “Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi”nin və Dokuz Eylül Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin təşkilatçılığı ilə  "Demoqrafik inkişaf və Xəzər dənizi kontekstində türkcə danışan ölkələr" adlı konfrans keçirilmişdir.

İranda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları var? - Baş konsulluqdan AÇIQLAMA

13 Noyabr 2017 13:35

İlkin məlumatlara görə, İranda baş verən zəlzələ zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə  Azərbaycanın İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğundan məlumat verilib. Diplomatik nümayəndəlikdən bildirilib ki, İranın müvafiq qurumlarından bu barədə məlumat daxil olmayıb. Həmçinin İranda yaşayan və konsulluqda qeydiyyat alınmış Azərbaycan vətəndaşlarından heç kim müraciət etməyib.

Daha 151 dövlət əmlak hərraca çıxarılacaq

13 Noyabr 2017 13:14

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 12-də növbəti hərrac keçiriləcək. Komitədən “Olaylar” verilən məlumata görə, hərraca ümumilikdə 151 dövlət əmlakı çıxarılacaq. Bunlardan 19-u səhmdar cəmiyyəti, 70-i kiçik dövlət müəssisə və obyekti, 62-i istifadəsiz qeyri-yaşayış sahəsidir.

Heydər Əsədov Bərdədə qəbul keçirəcək

13 Noyabr 2017 13:13

Kənd təsərrüfatı naziri Heydər Əsədov 17 noyabr 2017-ci il tarixində, saat 11:00-da Bərdə rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə görüşəcək.

Nazir müavini: “İKT sektorunda artım olacaq”

13 Noyabr 2017 13:12

“2018-ci ildə Azərbaycanın turizm sektorunun 6,6% , daha sonrakı 3 ildə isə 6%-dən çox artacağı proqnozlaşdırlır”. "Olaylar” xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Fuad Muradov: “Parlamentdəki partiyaların büdcəsi artırılsın”

13 Noyabr 2017 13:09

Büdcədə artımı görürük. Elə sahələr vardı ki, onlarda artımı görmürdük, amma bu gün görürük. "Olaylar” xəbər verir ki, bunu büdcə zərfinin MM-in İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman, Regional məsələlər komitələrinin birgə iclasında müzakirəsi zamanı akademik, parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib.

Teatra ayrılan vəsait 300 faiz azalıb

13 Noyabr 2017 13:08

“Azərbaycan son dərəcədə mühüm günlərin axarında, astanasında yaşayır. Bu səbəbdən büdcəmiz də İstiqlalımızın, Müstəqil dövlətimizin yüz illiyinə hesablanıb. Bu sənəddə mümkün risklər nəzərə alınıb, onu qənaətbəxş saymaq olar”.

Dövlət qulluğunda işləmək istəyənlərə yeni xəbər

13 Noyabr 2017 13:07

Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, qiymətləndirmənin aparılması qaydası, test imtahanı mərhələsi üçün qəbul proqramları, müsabiqəyə təqdim olunmuş vakant vəzifələrin siyahısının əks olunduğu “Dövlət qulluğu” jurnalının 1 saylı buraxılışı çap olunub.