Sosial

Hüquq olimpiadasının qalibləri mükafatlandırılıb

13 Noyabr 2017 15:41

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri arasında keçirilən 12 noyabr-Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı olimpiadanın qalibləri bəlli olub. “OLAYLAR”-a daxil olan məlumata görə, hər il paytaxtın bir rayonu üzrə məktəblilər arasında keçirilən bilik yarışı bu dəfə Sabunçu rayonunda təşkil olunub. Olimpiadada rayonda yerləşən 46 məktəbin hər birindən 20 nəfər X və XI sinif şagirdi iştirak edib. Olimpiadada şagirdlərə Azərbaycan Respublikası Konstitusiyasını əhatə edən 50 sual təqdim olunub. Olimpiadanın nəticələrinə əsasən, 192 nömrəli tam orta məktəb I, 72 nömrəli məktəb-lisey II, 90 nömrəli məktəb isə III yerə layiq görülüb.

Konstitusiya Günü münasibətilə velosiped yarışı keçirilib

13 Noyabr 2017 15:39

12 noyabr Konstitusiya Günü münasibətilə Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin şagirdləri arasında velosiped yarışı keçirilib. “OLAYLAR”-a bildirilib ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə Respublika Velotrekində keçirilən və maraqlı anlarla yadda qalan yarışda liseyin 5-6 və 7-8-ci sinif şagirdləri komanda şəklində iştirak ediblər.

Jalə Əliyeva: “Mədəniyyət çalıb-oynamaq deyil”

13 Noyabr 2017 15:38

Millət vəkili, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva bildirib ki, ölkənin ali iqtisadi sənəddə mədəniyyət sahəsinə daha çox diqqət ayrılması vacibdir:“Mədəniyyət heç də çalıb-oynamaq, kino çəkmək deyil.

Magistr olmaq istəyənlər üçün ödənişsiz hazırlıq kursları təşkil olunub 

13 Noyabr 2017 15:27

Azərbaycan Texniki Universitetində (AzTU) 2017-2018-ci tədris ilində ölkənin ali təhsil müəssisələrində ilk dəfə olaraq magistraturaya ödənişsiz hazırlıq kursları təşkil olunub. Təhsil ocağından “OLAYLAR”-a bildirlib ki, kursların təşkili və tələbələrin bu kurslara cəlb edilməsi üçün AzTU-nun Elm və texnika üzrə prorektoru İlham Pirməmmədovun rəhbərliyi ilə işçi qrupu yaradılıb. İşçi qrupu bu gündən etibarən tələbələrin kurslara qeydiyyatını elan edib. Noyabrın 19-a kimi davam edəcək qeydiyyat AzTU-nun “Magistratura və doktorantura” şöbəsində aparılır. 

V könüllülük proqramı çərçivəsində 34 nəfər fəaliyyətə başlayıb

13 Noyabr 2017 15:26

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən V könüllülük proqramı çərçivəsində 34 nəfər könüllü fəaliyyətə başlayıb. “OLAYLAR”-a daxil olan məlumata görə, V könüllülük proqramında iştirak etmək üçün 100 nəfər könüllü elektron ([email protected]) qaydada sənəd verib. 

Rövnəq Abdullayev dünyanın aparıcı şirkət rəhbərlərinin dəyirmi masasında iştirak edib  

13 Noyabr 2017 15:25

Dünyanın aparıcı neft-qaz şirkətlərinin rəhbərləri Abu Dabidə təşkil olunan “Şirkət Rəhbərlərin Dəyirmi Masası”nda iştirak ediblər. Abu Dabi Milli Neft Şirkətinin baş qərargahında keçirilən yüksək səviyyəli görüşdə enerji mühitinin transformasiyası, yeni təklif-tələb dinamikası kimi qlobal məsələlər müzakirə olunub.  “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, dünyanın 26 ən nüfuzlu neft-qaz şirkətlərinin rəhbərləri sırasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti də şirkətin prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. 

Ölkə ərazisində buludlu hava

13 Noyabr 2017 15:14

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Şərq ulduz falına görə, 2018 bu illərdə doğulanlar ÜÇÜN UĞURLU olacaq

13 Noyabr 2017 15:07

Xəbər verdiyimiz kimi 2018-ci il Sarı Torpaq İt ili üzərində təhvil olacaq. İt ili 2018-ci ilin bir çox cəhətdən əlamətdar oalcağını vəd edir. Əlbəttə ki, bütün zodiak işarələri üçün uğurlu olmaya bilər, bununla belə müəyyən şanslardan istifadə etmək imkanınız olacaq.

Nərəcinsli balıqların ovuna 20-25 il qadağanın qoyulması təklif edilə bilər

13 Noyabr 2017 15:04

Noyabrın 21-23-də Bakıda dövlətlərarası Xəzər dənizi Su Bioresursları Komissiyasının I sessiyası keçiriləcək. Bunu Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.

Əflatun Amaşov yeni telekanalın açılmasını təklif etdi

13 Noyabr 2017 15:01

Azərbaycan həqiqətlərinin dünyada yayılması üçün yeni televiziya kanalının yaradılması təklif olunur. “Olaylar”ın məlumatına görə, bu təkliflə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edib.

Elmira Axundova: “Yazıçıların mənzilləri başlarına uçur”

13 Noyabr 2017 14:44

“Mən də hesab edirəm ki, mədəniyyət üçün büdcədə nəzərdə tutulan 304 milyonluq vəsait yetərli deyil. Amma bununla belə, bu boşluğu Heydər Əliyev Fondunun təşkil etdiyi kulturoloji aksiyalar doldura bilir. Bu Fond, Azərbaycanın birinci vitse-preidenti, hörmətli Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində mədəniyyət sahəsi ilə bağlı mühüm tədbirlər, aksiyalar keçirilir.

Deputat: “Enerjinin qiyməti bahadır”

13 Noyabr 2017 14:41

“Hər zaman hansısa bankın sağlamlaşdırılmasından söhbət gedir. Olsun. Bəs vətəndaşın sağlamlaşdırılması istiqamətində büdcədən nə qədər vəsait ayrılır? Rəqəm çox azdır. Hər hansı bankın ziyan etməsi vətəndaşın günahı deyil. Vətəndaş neyləsin ki, hər hansı bank büdcəyə ziyan vurub?"

Azərbaycanın İslam həmrəyliyi nümunəsi

13 Noyabr 2017 14:41

Məlumdur ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. Ölkəmiz İslam dininin yayılmasında və müsəlman intibahının bərqərar olunmasında mühüm rol oynayıb.  Tarixən Azərbaycanın coğrafi mövqeyindən irəli gələrək, onun ərazisində şərq-qərb və cənub-şimal istiqamətlərindən ticarət yolları keçib. Həm bu ticarət yolları ilə baş tutan səfərlər, həm də qonşu ölkələrdən yönəlmiş hərbi yürüşlər, burada etnik mozaikanın formalaşmasına da öz təsirini göstərib. Beləliklə, ticarət yolları üzərində yaradılan karvansaraylar, sonralar tədricən yaşayış məntəqələrinə çevrilib.

Ombudsman:“Cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin yaradılması ilə bağlı irəliləyiş yoxdur”

13 Noyabr 2017 14:38

“Cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin yaradılması ilə bağlı çox danışılıb. Amma heç bir irəliləyiş yoxdur. Belə olsa, onlar üçün də yaxşı olar. Məsələn, aliment borcu olan bəzi məhbuslar borcunu ödəyərlər”.

Qüdrət Həsənquliyev: “Azərişıq” ASC və “Azəristiliktəchizat” ASC dərhal özəlləşdirilməlidir”

13 Noyabr 2017 14:37

Milli Məclisin komitələrinin 2018-ci il büdcəsinin birgə müzakirəsi zamanı “Azərişıq” ASC və “Azəristiliktəchizat” ASC-nin özəlləşdirilməsi təklif edilib. “Olaylar”ön məlumatına görə, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, bu qurumlar dərhal özəlləşdirilməsə, problemlər nəinki həll olunmayacaq, əksinə dərinləşəcək.