Nazir müavini: “İKT sektorunda artım olacaq”
“2018-ci ildə Azərbaycanın turizm sektorunun 6,6% , daha sonrakı 3 ildə isə 6%-dən çox artacağı proqnozlaşdırlır”. "Olaylar” xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
13 Noyabr 2017 13:12 Sosial"2018-ci ildə Azərbaycanın turizm sektorunun 6,6% , daha sonrakı 3 ildə isə 6%-dən çox artacağı proqnozlaşdırlır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. Nazir müavini bildirib ki, artım İKT sektorunda da gözlənilir: "Belə ki, İKT sektorunda gələn il 5,1%, növbəti illərdə 6%-dən çox artım nəzərdə tutulur. Həmçinin gələn il ölkə iqtisadiyyatına 15,9 milyon manat investisiya qoyuluşu proqnozlaşdırılır". S.Həsənova qeyd edib ki, biznes mühitinin daha da yaxşılaşdırılması üzrə sistemili tədbirlər davam etdiriləcək.