“Azadlıq” metrostansiyası üçün təhlükə yaranıb?

Son illər paytaxtda artan tikinti işləri, çoxmərtəbəli binalarının sürətlə yayılması özü ilə müsbət məqamlarla yanaşı, mənfi fəsadlara da yol açıb. Belə ki, bəzi hallarda tikinti şirkətlərinin hündürmətəbəli binaların inşası zamanı tikinti normalarını pozması, tikintidə istifadə edilən materialların keyfiyyətsizliyi, yaxud bu prosesin baş plana uyğun aparılmaması bir sıra ciddi problemlər meydana gətirir. Ya istifadəyə verilən çoxmərtəbəli yaşayış binalarında bir müddət sonra fəsadlar ortaya çıxır, ya da mövcud normalar qorunmadığından, ona əməl edilmədiyindən tikinti yarımçıq saxlanılır.

Üzeyir Cəfərov: "Aparılan tikinti işləri hər gün bizi bir az da dəhşətli faciəyə yaxınlaşdırır"

"İnanın ki, sütünsuz stansiya mütləq çökəcək"

Son illər paytaxtda artan tikinti işləri, çoxmərtəbəli binalarının sürətlə yayılması özü ilə müsbət məqamlarla yanaşı, mənfi fəsadlara da yol açıb. Belə ki, bəzi hallarda tikinti şirkətlərinin hündürmətəbəli binaların inşası zamanı tikinti normalarını pozması, tikintidə istifadə edilən materialların keyfiyyətsizliyi, yaxud bu prosesin baş plana uyğun aparılmaması bir sıra ciddi problemlər meydana gətirir. Ya istifadəyə verilən çoxmərtəbəli yaşayış binalarında bir müddət sonra fəsadlar ortaya çıxır, ya da mövcud normalar qorunmadığından, ona əməl edilmədiyindən tikinti yarımçıq saxlanılır.

Son illər paytaxtda artan tikinti bumu timsalında müşahidə edilən digər bir mənfi tendensiya isə ondan ibarətdir ki, bəzən hündürmərtəbəli yaşayış binaları strateji əhəmiyyətli obyektlərin, metro stansiyalarının tam yaxınlığında inşa olunur ki, bu da həmin məkanlar üçün ciddi şəkildə təhlükə yaradır.  Necə ki, son günlər yenidən belə bir arzuolunmaz prosesin şahidinə çevrilmişik.  Daha dəqiq desək metronun "Azadlıq" stansiyası yaxınlığında hündürmərtəbəli binanın tikintisinə şahid oluruq. Bəzi şəxslər, hətta qurumlar belə metro stansiyasının yaxın bir ərazisində tikinti işlərinin aparılmasını metro üçün ciddi təhlükı hesab etsə də, lakin bu iddiaların əsassız olduğunu da söyləyənlər var. Elə "Bakı Metropoliteni" QSC-nin rəsmiləri də "Azadlıq" metrosu yaxınlığında tikinti işlərinin aparılmasının metroya təhlükə yaratmadığı qənaətindədirlər. Amma hələ də bununla bağlı həyəcan təbili çalanlar var. Onu da qeyd etmək lazımdır ki, bir sıra mətbu orqanlarda da sözügedən məsələ ictimailəşdirilib. Elə ekspert Üzeyir Cəfərov da "Azadlıq" metrosu yaxınlığında tikinti işlərinin aparılması ilə bağlı həyəcan təbili çalır. Üzeyir Cəfərovun sözlərinə görə, "Bakı Metropoliteni" QSC-nin rəsmisi narahatçılığa əsas olmadığını bildirsə də, amma, aparılan tikinti işlərinə qarşıdır və hesab edir ki, həmin stansiya bu qədər yüklənməyə dözməyərək, tez bir zamanda çökəcək: "Kim nə deyir desin, öz varlığım qədər əminəm ki, mümkün deyil ki, o boyda yükün altında sütünsuz stansiya uzun müddət bu qədər ağırlığa dözsün və davam gətirsin. O tikintiyə icazə verən şəxslərin sadəcə məntiqini anlamaqda çətinlik çəkirəm ki, axı bu stansiya "Bakı Metropoliteni"ndə ilk stansiyadır ki, sütunsuz, özü də metro tikintisində çox da böyük, uzun illər təcrübəsi olmayan mütəxəssislər tərəfindən tikilib.  Və  səhv etmirəmsə, ötən müddətlərdə orada çökmə və yağış sularının təsiri nəticəsində sızma hadisəsi də baş vermişdi. O böyüklükdə tikintiyə icazə verən əksər cavabdeh şəxslərin çoxu heç o bərli-bəzəkli kabinetlərindən bayıra çıxmadan, müəyyən maddi və ya digər maraqlar müqabilində o ərazidə həmin tikintinin aparılmasına icazə sənədinə imzalarını atıblar. Məni ən çox narahat edən, orada hər an baş verə biləcək faciədə mənim, sizin və hər birimizin özümüzün, ailə üzvlərimizin, doğmalarımızın, əzizlərimizin həyatlarını faciəli şəkildə itirə biləcəyi narahatçılığıdır.  Mən onu da yaxşı başa düşürəm ki, bu qeydlərimdən sonra yenə "Bakı Metropoliteni" QSC, ya bir başqa qurumdan kimisə məcbur edib deyəcəklər ki, narahatçılığa əsas yoxdur". Ancaq Üzeyir Cəfərov bunu inkar edir və bildirir ki, narahatçılığa çox böyük əsas var: "Hörmətli rəsmi şəxslər və metrodan istifadə edən hər bir vətəndaşımız. Sözümün üstündə dururam və o ərazidə çox böyük təhlükənin olmasını var gücüm ilə hər kəsin diqqətinə çatdırmaq istəyirəm.  Bir qədər mistikadan uzaq olmaqla yanaşı mən təkrarən o ərazinin Azərbaycan vətəndaşları üçün o qədər də uğurlu ərazi olmadığı qənaətində olmasını qeyd edirəm. Yaxın məsafədəki yanan binada yenə bir çox məsuliyyətsiz şəxslərə görə onlarla vətəndaşımızın həyatını itirməsi, bir müddət sonra o ərazidə müəmmalı partlayışın olması və digər hadisələr də bunu deməyə mənə əsas verir. O ərazidə yaşayan hər kəsdən üzr istəyərək qeyd edirəm ki, yazdığım narahatçılıq da elə-belə boşuna narahatçılıq deyil. Sadəcə o vəziyyəti yaradan bizim bəzi məmurlar dərindən düşünməlidirlər ki, onlar öz düşünülməmiş hərəkətləri, addımları ilə, bir çox hallarda maddi maraqlar müqabilində, çox böyük riskə gedirlər". Ekspert deyib ki,  Metropoliten sıradan bir strateji obyekt deyil: "Konkret olaraq ölkə başçısının da açılışında şəxsən iştirak etdiyi "Azadlıq prospekti" metrostansiyasının ərazisi son bir neçə ayda demək olar ki, tamam zəbt edilərək, parkdan daha çox, işbazların qazanc yerinə çevrilib. Mənə elə gəlir ki, oradakı kritik durumla bağlı ölkə rəhbərliyinə təcili məlumat verilməlidir və həmin tikililər dərhal sökülməlidir.  Bir daha qeyd etmək istərdim ki, aparılan tikinti işləri hər gün bizi bir az da dəhşətli faciəyə yaxınlaşdırır. İnanın ki, sütünsuz stansiya mütləq çökəcək. Bunun əksini mənə sübüt edən şəxs xahiş edirəm, ümumi sözlərlə deyil, riyazi hesablamalarla, elmi əsaslandırma ilə bunu ortalığa qoysun".

Füzuli 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31