İzmirdə Xəzər regionu ilə bağlı konfrans keçirildi
Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən “Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi”nin və Dokuz Eylül Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin təşkilatçılığı ilə "Demoqrafik inkişaf və Xəzər dənizi kontekstində türkcə danışan ölkələr" adlı konfrans keçirilmişdir.
13 Noyabr 2017 13:45 SosialTürkiyənin İzmir şəhərində fəaliyyət göstərən "Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi"nin və Dokuz Eylül Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin təşkilatçılığı ilə "Demoqrafik inkişaf və Xəzər dənizi kontekstində türkcə danışan ölkələr" adlı konfrans keçirilmişdir. Redaksiyamıza bu barədə dərnəyin rəhbəri Asif Kurban məlumat vermişdir. O, bildirmişdir ki, tədbirdə çıxış edən Dokuz Eylül Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin dekan müavini Kamil Tüğen Türkiyə və Azərbaycan, eləcə də 1980-ci illərin əvvəllərindən Bakı və İzmir arasındakı qardaşlıq əlaqələrindən danışmışdır. Dünyanın qlabol enerji resurslarının Xəzər regionunda yerləşməsinin əhəmiyyətini vurğulayan natiq ölkələrimiz arasında qarşılıqlı əlaqələrin genişlənməsini inkişafın mühüm amili adlandırmışdır. Bölüm rəhbəri dosent Nevzat Şimşək dünya iqtisadiyyatının inkişafında enerji resurslarının rolundan danışmış, indiki vaxtda, Türkiyənin türk dilli ölkələrlə iqtisadi, mədəni və ticarət əlaqələrinin zəruriliyini diqqətə çatdırmışdır. Konfransda iştirak edən azərbaycanlı alimlərin çıxışları da maraqla qarşılanmışdır. Azərbaycan Dövlət İdarəçilik Akademiyasının dekanı Çingiz İsmayılov "Azərbaycanın tarixi və iqtisadiyyat", Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdüri Zakir Eminov "XX əsrdə demoqrafik dəyişiklik, qadınların rolu və miqrasiya məsələsi" ilə bağlı çıxış etmişlər.