Heydər Əsədov Bərdədə qəbul keçirəcək
Kənd təsərrüfatı naziri Heydər Əsədov 17 noyabr 2017-ci il tarixində, saat 11:00-da Bərdə rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə görüşəcək.
13 Noyabr 2017 13:13 SosialKənd təsərrüfatı naziri Heydər Əsədov 17 noyabr 2017-ci il tarixində, saat 11:00-da Bərdə rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə görüşəcək. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Bərdə Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-317-93-60) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı mərkəzi" (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.