Media və incəsənət nümayəndələri arasında turnir keçiriləcək
Gənclər və İdman Nazirliyi və BrendSport.az saytının təşkilatçılğı ilə Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə və “Qarabağ” futbol klubunun Avropa arenasında əldə etdiyi nailiyyətələrə dəstək olaraq media əməkdaşları və incəsənət nümayəndələri arasında mini futbol turniri – “Qarabağ” kuboku təşkil olunacaq. “OLAYLAR”-a daxil olan məlumata görə, turnir Şağan Olimpiya İdman Kompleksində üç gün (17-19 noyabr tarixlərində) davam edəcək. Komanda şəklində turnirdə iştirak etmək istəyən media nümayəndələri qurumları noyabr ayının 14-ü saat 16:00-a kimi təşkilat komitəsinə məlumat vermədirlər.
13 Noyabr 2017 11:24 SosialGənclər və İdman Nazirliyi və BrendSport.az saytının təşkilatçılğı ilə Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə və "Qarabağ" futbol klubunun Avropa arenasında əldə etdiyi nailiyyətələrə dəstək olaraq media əməkdaşları və incəsənət nümayəndələri arasında mini futbol turniri - "Qarabağ" kuboku təşkil olunacaq. "OLAYLAR"-a daxil olan məlumata görə, turnir Şağan Olimpiya İdman Kompleksində üç gün (17-19 noyabr tarixlərində) davam edəcək. Komanda şəklində turnirdə iştirak etmək istəyən media nümayəndələri qurumları noyabr ayının 14-ü saat 16:00-a kimi təşkilat komitəsinə məlumat vermədirlər.
Qeyd edək ki, bir neçə media qurumu birləşərək komanda şəklində turnirdə iştirak edə bilərlər. Komanda 8 nəfərdən təşkil olunur. 6 nəfər əsas oyunçu 2 nəfər ehtiyat oyunçu. Zərurət yaranarsa 1 nəfər əlavə oyunçu da gətirmək olar. Turnirdə qalib olan komandalara Gənclər və İdman Nazirliyi tərəfindən xüsusi hazırlanmış diplom və fəxri fərmanlar təqdim olunacaq.