Ağstafada 4 yeni avtomobil körpüsü inşa edilib

Azərbaycan Höküməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış sazişə əsasən Ağstafa rayonu ərazisində 4 körpünün tikintisi ilə bağlı işlər yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. “OLAYLAR”-ın “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 körpü inşa olunub. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində yerləşir.

Azərbaycan Höküməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış sazişə əsasən Ağstafa rayonu ərazisində 4 körpünün tikintisi ilə bağlı işlər yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. "OLAYLAR"-ın "Azəravtoyol" ASC-yə istinadən verdiyi xəbərə görə, Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 körpü inşa olunub. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində yerləşir.
Bundan öncəki körpülər istismar müddəti bitdiyi üçün qəzalı vəziyyətdə idilər. Dəmir yolu və Acıdərəçay üzərində yerləşən körpülər ötən əsrin 60-cı illərində, Ağstafaçay üzərindəki körpü 70-ci illərdə inşa edilmişdi. Kür çayı üzərində yerləşən körpü isə 120 il bundan öncə, yəni 1897-ci ildə inşa edilib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31