Sosial

“Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq elmi-texniki konfrans keçirilib

28 Noyabr 2017 14:50

Noyabrın 28-də Azərbaycan Texniki Universitetində (AzTU) “Metallurgiya və metalşünaslıq” kafedrasının yaradılmasının 50 illiyinə həsr olunmuş “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, konfransda metallurgiya və materialşünaslığın problemləri ilə məşğul olan yerli və xarici elmi-tədqiqat və ali təhsil müəssisələri, dövlət orqanları, biznes strukturları, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Separatizm və onu doğuran səbəblər

28 Noyabr 2017 14:51

Separatizm fransız dilində “separatizme”, latın dilində isə “seperatus” sözündəndir - “ayrılma” mənasını verir. Nəzəri mənada dövlətin ərazisinin müəyyən hissəsinin ayrılmasına, yeni, müstəqil, suveren dövlətin yaradılmasına və muxtariyyət statusunun alınması məqsəqilə ambisiyalı dəstələrin siyasi və praktik fəaliyyəti anlaşılır. Lakonik mənada separitizm - müəyyən qrupun qanuna zidd formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə təhlükə mənbəyi sayılan fəaliyyətdir. Separatizm bir tərəfdən “xalqların öz müqəddaratını təyin etmək” xülyasından doğursa, digər tərəfdən beynəlxalq hüququn hamılıqla tanınmış - dövlətlərin “suverenlik”, “ərazi bütövlüyü”, “sərhədlərin toxunulmazlığı” prinsiplərini pozmaqla beynəlxalq aləmdə millətlərarası və dövlətlərarası münaqişə ocaqlarının meydana gəlməsinə real zəmin yaradır. Bəzən dini və milli azlıqların, insan və xalqların hüquqlarlarının kobud şəkildə pozulması halları separatizm ocağının alovlanmasını sürətləndirir, yeni, gənc milli dövlətlərin yaranmasında mühüm rol oynayır.

Baş Təhsil İdarəsi 14 saylı məktəbdə baş verənlərə aydınlıq gətirdi

28 Noyabr 2017 14:49

Bakı şəhəri 14 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, rus bölməsində təhsil alan 1 nəfər III sinif şagirdinin davranışı ilə bağlı yaranmış problemə görə məktəb rəhbərliyi həmin şagirdin sinfini dəyişərək onu digər paralel sinfə keçirib. Lakin digər şagirdlərin valideynləri həmin şagirdin bu sinfdə oxumasına etirazlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən valideynlərlə aparılan söhbətlərə baxmayaraq, məsələ öz həllini tapmayıb. 27-28 noyabr tarixlərində valideynlər həmin şagirdə görə övladlarını sinfə buraxmayıb. Qeyd olunan şagirdin valideynləri onların övladlarına qarşı olan münasibətə görə polisə müraciət ediblər. Digər valideynlər də bu məsələnin araşdırılaraq həll olunmasını tələb edirlər.

Dövlət Gömrük Komitəsi media orqanlarına tövsiyə etdi

28 Noyabr 2017 14:38

Ötən gün bir sıra kütləvi informasiya vasitələrində Türkiyə Respublikası vətəndaşı Nihat Odabaşının Heydər Əliyev Beynəlxalq Aeroportundakı gömrük nəzarəti zonasında uzun müddət saxlanılması, əşyalarının qanunsuz yoxlanılmasına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Cenevrədə Beynəlxalq Miqrasiya Təşkilatının sessiyası keçirilir

28 Noyabr 2017 14:36

Noyabrın 28-dən dekabrın 1-dək İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) 108-ci sessiyası keçiriləcək. “OLAYLAR”-ın Miqrasiya Xidmətinə istinadən verdiyi xəbərə görə, sessiyada iştirak etmək məqsədilə Cenevrədə səfərdə olan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMqT-nin baş direktoru Uilyam Leysi Svinqlə görüşüb.

Mərhum şahmatçının qardaşına vəzifə verildi

28 Noyabr 2017 14:35

“Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov “Microsoft”un MDB üzrə İdarə Heyətinin üzvü seçilib.  Sərxan Həşimov korporasiyanın biznesinin Türkmənistan və Tacikistanda inkişafı məsuliyyətini də üzərinə götürüb. “OLAYLAR” xəbər verir ki, bu barədə “Microsoft Azerbaijan” şirkətinin yaydığı məlumatda bildirilir.

Gənclər fond birjalarının fəaliyyəti ilə tanış ediləcək

28 Noyabr 2017 14:34

Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, İqtisad Universiteti, Bakı Fond Birjası və Yeniliyə Doğru Gənclər Fondunun birgə təşkilatçılığı ilə noyabrın 29-da “İnkişaf bi(r)likdərir” devizi altında kapital bazarları sahəsində birja ticarəti üzrə simulyasiya yarışı keçiriləcək.

Ali Hərbi Məktəbin kursantlarının çöl çıxışları başlayıb

28 Noyabr 2017 14:02

Döyüş hazırlığı planına uyğun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) dördüncü kurs kursantlarının “Qaraheybət” təlim mərkəzinə çöl  çıxışı başlayıb. “OLAYLAR”-ın xəbərinə görə,  tədris prosesinin təqvim qrafiki əsasında icra olunan çöl çıxışının əsas məqsədi  praktiki dərslərdə atəş vasitələrindən istifadə etməklə tapşırıqların vaxtında yerinə yetirilməsi, eləcə də döyüş texnikasının düzgün istismarı qaydalarının və döyüşdə bölmələrin inamla idarə olunması bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

14 saylı məktəbdə valideynlər etiraza qalxdı

28 Noyabr 2017 14:00

Paytaxtın 14 saylı tam orta məktəbindən “OLAYLAR”-a verilən məlumata görə, təhsil müəssisəsinin rus bölməsinin 3-e sinif şagirdi Sadıqzadə Məhəmmədhəsən Tural oğlunun davranışı ilə bağlı problem yaranıb.

Dövlət qulluqçusu olmaq istəyənlər üçün daha bir şans

28 Noyabr 2017 13:59

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək. DİM-dən verilən məlumata görə, Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 29 noyabr tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.

"Elm və həyat" jurnalının yeni nömrəsi nəşr olunub

28 Noyabr 2017 13:58

 Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yarım əsrdən çox fəaliyyət göstərən "Elm və həyat" jurnalının yeni nömrəsi nəşr olunub. "Olaylar" xəbər verir ki, elmi-populyar jurnalın bu nömrəsində akademik Həsən Əliyevin 110 illiyinə həsr olunmuş “Ömür kitabının işıqlı səhifələri” adlı məqalə yer alıb.

Taxıl məhsullarının keyfiyyətilə bağlı qadağa ləğv olunur

28 Noyabr 2017 13:57

Taxıl məhsullarının keyfiyyəti sahəsində inzibati xətalar haqqında protokol tərtib edilməyəcək. “Olaylar”ın məlumatına görə, bununla bağlı “Taxıl haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanununda dəyişiklik edilir.

İş yerini gizlədənlər cinayət məsuliyyəti daşıyacaqlar

28 Noyabr 2017 13:54

“Məşğulluq haqqında” qanunun tələblərini pozan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar.“Olaylar”ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə sənəd təqdim edilib. Belə ki, “Məşğulluq haqqında” qanunun 29.2-ci müddəasının yeni redaksiyasında bildirilir ki, qanun pozuntularında təqsirkar olan şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar.

Leyla Şıxlinskaya: "Yoxlama zamanı sənədlərin məhv edilməsi barədə göstəriş verməmişəm"

28 Noyabr 2017 13:41

"Leyla Şıxlinskaya" klinikasının mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən klinikanın sabiq baş mühasibi Şəhla Abbasova və klinikanın əməkdaşları - Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın, Polad Əliyevin cinayət işi üzrə şahid qismində dindirilən Leyla Şıxlinskayanın ibtidai istintaqa verdiyi ifadə məlum olub.

Heyvanların məskunlaşdığı yerləri yandırmaq məsuliyyət yaradacaq

28 Noyabr 2017 13:40

Azərbaycanda heyvanlara məxsus məskunlaşma yerlərinin özbaşına yandırılması məsuliyyət yaradacaq. “Olaylar” xəbər verir ki, “Heyvanlar aləmi haqqında” qanunun 53-cü maddəsinə bununla bağlı təklif olunan əlavələr Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirə olunub.