Dmitriyev: Trampın sülh səyləri həyati əhəmiyyət daşıyır- ÖZƏL
11:02 DünyaRusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev ABŞ Prezidenti Donald Trampın komandasının sülhməramlı və humanitar səylərini həyati əhəmiyyətli adlandırıb.
Olaylar.az xəbər verir ki, o, bu barədə X hesabında paylaşım edərək Trampın Ukrayna münaqişəsinin həlli istiqamətindəki səylərini yüksək qiymətləndirib.
Qeyd edək ki, noyabrın 23-də Melaniya Tramp Vaşinqtonun Ukrayna böhranının həlli üçün yeni sülh razılaşmaları üzərində işlədiyini bildirib. O, həmçinin Milad bayramınadək Rusiya və Ukrayna arasında yeni atəşkəs razılaşmasının əldə olunacağına ümid etdiyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00