Taxıl məhsullarının keyfiyyətilə bağlı qadağa ləğv olunur
Taxıl məhsullarının keyfiyyəti sahəsində inzibati xətalar haqqında protokol tərtib edilməyəcək. “Olaylar”ın məlumatına görə, bununla bağlı “Taxıl haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanununda dəyişiklik edilir.
28 Noyabr 2017 13:57 SosialTaxıl məhsullarının keyfiyyəti sahəsində inzibati xətalar haqqında protokol tərtib edilməyəcək. "Olaylar"ın məlumatına görə, bununla bağlı "Taxıl haqqında" Qanunda dəyişiklik edilməsi barədə" qanununda dəyişiklik edilir. Belə ki, qanunun 15-ci (Taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarəti) maddəsindən 15.3.5-ci bəndi çıxarılır. Bu maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı taxıl məhsullarının keyfiyyəti sahəsində inzibati xətalar haqqında protokol tərtib edir. Parlamentin Aqrar siyasət komitəsinin iclasında bu qadağanın götürülməsi deputatlar tərəfindən müsbət qarşılanıb. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.