Erməni hüquq müdafiəçisi Bakıda saxlanılan ermənilərlə bağlı rəsmi İrəvanın mövqeyini tənqid edib – ÖZƏL
11:35 SiyasətOlaylar.az xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin Bakıda saxlanılan erməni əsilli şəxslərə sonuncu dəfə baş çəkməsindən təxminən bir il ötür. (?)Bu müddət ərzində BQXK-nın növbəti səfər təşkil etmək cəhdləri nəticəsiz qalıb. Eyni zamanda, Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabendin Bakıya beynəlxalq qadın humanitar nümayəndə heyəti göndərmək təşəbbüsü də baş tutmayıb. (?)Onun sözlərinə görə, müraciətlərinə Azərbaycan tərəfindən rəsmi cavab verilməyib, Ermənistan hökuməti isə yazılı sorğuları cavabsız qoyub. (?)Oktyabrın 1-də dünyanın müxtəlif ölkələrindən erməni əsilli məhbuslara ünvanlanmış 1254 məktub ünvan sahiblərinə çatdırılması üçün Ermənistan hökumətinə təhvil verilib.
Məsələ ilə bağlı NEWS.am-a danışan hüquq müdafiəçisi və Avropa İnsan Hüquqları Məhkəməsində saxlanılan şəxslərin maraqlarını təmsil edən Siranuş Sahakyan bildirib ki, dekabrda Azərbaycana səfər etməyi planlaşdıran Ermənistan Təhlükəsizlik Şurasının katibinin gündəliyində bu məsələ əsas yer tutmalıdır. O, səfər çərçivəsində ən azı azərbaycanlı tərəfdaşlar vasitəsilə həmin məktubların ötürülməsinin tam real olduğunu vurğulayıb.
S. Sahakyan qanunla müəyyən edilmiş müddətlərin ötməsinə baxmayaraq, Ermənistan hökumətindən nə özünün, nə də Z. Zonabendin yazılı müraciətlərinə cavab gəlmədiyini qeyd edib. O, bunu hakimiyyətin məsələni gündəlik diqqət mərkəzində saxlaması barədə bəyanatları ilə ziddiyyət təşkil edən hal kimi qiymətləndirib.
Hüquq müdafiəçisi həmçinin xarici işlər naziri Ararat Mirzoyanın "əsirlər məsələsini ilkin şərtə çevirmək bizi sülhdən uzaqlaşdıracaq" fikrinə də münasibət bildirib. Sahakyan beynəlxalq hüquqa görə humanitar məsələlərin həllinin prioritet olduğunu və davamlı sülh üçün etimadın məhz bu cür konkret addımlarla bərpa edildiyini deyib. O, nümunə kimi 2025-ci ilin mayında Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlar fonunda hər iki tərəfdən min nəfərin azad edilməsini, 2023-cü ilin aprelində Yəməndə 869 nəfərin dəyişdirilməsini və 1992-1999-cu illərdə BQXK vasitəsilə Qarabağ münaqişəsi üzrə 365 nəfərin qaytarılmasını xatırladıb.