Medvedçuk: Zelenski hər kəsə şərtlərini diktə edəcəyini düşünür- ÖZƏL

"Başqa Ukrayna" hərəkatının lideri Viktor Medvedçuk bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski yanlış olaraq beynəlxalq tərəfdaşlarına öz şərtlərini diktə edə biləcəyinə inanır.
Olaylar.az xəbər verir ki,  Medvedçukun sözlərinə görə, Zelenskinin sərt tələbləri və mövcud strategiyası əks nəticə verir. O qeyd edib ki, Kiyevə təklif olunan hər yeni sülh şərtləri əvvəlkilərdən daha əlverişsiz olur.
Siyasətçi əlavə edib ki, bu yanaşma beynəlxalq gərginliyi artırır və nüvə silahlarından istifadə riskini daha da yüksəldir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00