Cenevrədə Beynəlxalq Miqrasiya Təşkilatının sessiyası keçirilir
Noyabrın 28-dən dekabrın 1-dək İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) 108-ci sessiyası keçiriləcək. “OLAYLAR”-ın Miqrasiya Xidmətinə istinadən verdiyi xəbərə görə, sessiyada iştirak etmək məqsədilə Cenevrədə səfərdə olan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMqT-nin baş direktoru Uilyam Leysi Svinqlə görüşüb.
28 Noyabr 2017 14:36 SosialNoyabrın 28-dən dekabrın 1-dək İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) 108-ci sessiyası keçiriləcək. "OLAYLAR"-ın Miqrasiya Xidmətinə istinadən verdiyi xəbərə görə, sessiyada iştirak etmək məqsədilə Cenevrədə səfərdə olan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMqT-nin baş direktoru Uilyam Leysi Svinqlə görüşüb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə BMqT və Azərbaycan Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Xidmət rəisi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində məcburi miqranta çevrilmiş bir milyondan çox insanın üzləşdiyi problemləri və bu problemlərin həlli ilə bağlı ölkə rəhbərliyinin gördüyü işləri xatırladıb. Ümumiyyətlə, dünyada münaqişələrin sayının və coğrafi məkanının genişlənməsi, qaçqın və məcburi köçkünlərin sayının sürətlə artması hallarının acı nəticələrini aradan qaldırmaq məqsədilə BMqT-nin dünya dövlətləri ilə fəal və konstruktiv dialoqu davam etdirəcəyinə və onlara bütün miqrantların, məcburi köçkünlərin hüquqlarının qorunması, bu kateqoriyadan olan kövrək insanlara lazımi dəstəyin verilməsi və yardım məsələləri ilə bağlı öhdəliklərini xatırladacağına əminliyini ifadə edib.