Heyvanların məskunlaşdığı yerləri yandırmaq məsuliyyət yaradacaq
Azərbaycanda heyvanlara məxsus məskunlaşma yerlərinin özbaşına yandırılması məsuliyyət yaradacaq. “Olaylar” xəbər verir ki, “Heyvanlar aləmi haqqında” qanunun 53-cü maddəsinə bununla bağlı təklif olunan əlavələr Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirə olunub.
28 Noyabr 2017 13:40 SosialAzərbaycanda heyvanlara məxsus məskunlaşma yerlərinin özbaşına yandırılması məsuliyyət yaradacaq. "Olaylar" xəbər verir ki, "Heyvanlar aləmi haqqında" qanunun 53-cü maddəsinə bununla bağlı təklif olunan əlavələr Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirə olunub. Layihə barədə məlumat verən komitə sədri Eldar İbrahimov bildirb ki, sənədə əsasən qurumuş bitkiləri və ya onların qalıqlarını heyvanlar aləmi obyektlərinin məskunlaşdığı yerlərdə özbaşına yandırmaq məsuliyyət yaradır. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.